EstetEstet

Sənədlərə nəzarət üzrə mütəxəssis

14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
28 iyul 2026

Vəzifə haqqında

Namizədin şəxsi keyfiyyətləri

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Sənədlərə nəzarət üzrə mütəxəssisin vəzifə öhdəlikləri:

  • Müəssisəyə daxil olan və çıxan sənədlərin qeydiyyatını aparmaq. 
  • Sənədlərin qəbulunu, yoxlanılmasını, təsnifatını və arxivləşdirilməsini təşkil etmək. 
  • Sənədlərin düzgün nömrələnməsinə, versiyalarının və statuslarının izlənilməsinə nəzarət etmək. 
  • Təsdiq edilmiş sənədləri aidiyyəti şöbələrə vaxtında çatdırmaq. 
  • Köhnəlmiş və ləğv edilmiş sənədlərin istifadədən çıxarılmasına nəzarət etmək. 
  • Elektron sənəd idarəetmə sistemində sənədləri daxil etmək, yeniləmək və məlumat bazasını aktuallaşdırmaq. 
  • Sənədlərin məxfiliyini və təhlükəsizliyini təmin etmək. 
  • Rəhbərliyin və digər şöbələrin sənədlərlə bağlı sorğularını vaxtında cavablandırmaq. 
  • Arxiv sənədlərinin saxlanma müddətinə və qaydalara riayət olunmasını təmin etmək. 
  • Şirkətin sənəd dövriyyəsi prosedurlarına və daxili qaydalara əməl etmək. 
  • Auditlər zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək. 
  • Gündəlik, həftəlik və ya aylıq sənəd dövriyyəsi üzrə hesabatlar hazırlamaq.

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 13:00-14:00
  • Nahar müəssisə tərəfindən təmin edilir
  • Əmək haqqı: Razılaşma yolu ilə

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər 

Estet
Estet

ESTET MMC 1997-ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Son illərdə…

Oxşar vakansiyalar

Hamısına bax