Sənədlərə nəzarət üzrə mütəxəssis
Posted 14 h ago Source: jobsearch.az ↗
Category HR
About this role
Namizədin şəxsi keyfiyyətləri
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Sənədlərə nəzarət üzrə mütəxəssisin vəzifə öhdəlikləri:
- Müəssisəyə daxil olan və çıxan sənədlərin qeydiyyatını aparmaq.
- Sənədlərin qəbulunu, yoxlanılmasını, təsnifatını və arxivləşdirilməsini təşkil etmək.
- Sənədlərin düzgün nömrələnməsinə, versiyalarının və statuslarının izlənilməsinə nəzarət etmək.
- Təsdiq edilmiş sənədləri aidiyyəti şöbələrə vaxtında çatdırmaq.
- Köhnəlmiş və ləğv edilmiş sənədlərin istifadədən çıxarılmasına nəzarət etmək.
- Elektron sənəd idarəetmə sistemində sənədləri daxil etmək, yeniləmək və məlumat bazasını aktuallaşdırmaq.
- Sənədlərin məxfiliyini və təhlükəsizliyini təmin etmək.
- Rəhbərliyin və digər şöbələrin sənədlərlə bağlı sorğularını vaxtında cavablandırmaq.
- Arxiv sənədlərinin saxlanma müddətinə və qaydalara riayət olunmasını təmin etmək.
- Şirkətin sənəd dövriyyəsi prosedurlarına və daxili qaydalara əməl etmək.
- Auditlər zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək.
- Gündəlik, həftəlik və ya aylıq sənəd dövriyyəsi üzrə hesabatlar hazırlamaq.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00
- Nahar müəssisə tərəfindən təmin edilir
- Əmək haqqı: Razılaşma yolu ilə
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər
Estet
ESTET MMC 1997-ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Son illərdə…