MKA
Milli Kibertəhlükəsizlik Agentliyi

Sənədlərlə iş üzrə aparıcı mütəxəssis

15 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
İnsan resursları

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması;
  • Sənədlərin aidiyyəti üzrə icraçılara yönləndirilməsi və icra vəziyyətinə nəzarət;
  • Elektron sənəd dövriyyəsi sistemində məlumatların işlənilməsi;
  • Hesabat və məlumatların hazırlanmasına dəstək göstərilməsi;
  • Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında" Qanununun və "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"ın tələblərinə uyğun olaraq kargüzarlıq işinin təşkili və aparılması;
  • Kargüzarlıq və sənəd dövriyyəsi sahəsində beynəlxalq təcrübənin araşdırılması, təhlil edilməsi, qabaqcıl yanaşmaların öyrənilməsi və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması.

Tələblər:

  • Ali təhsil;
  • Kargüzarlıq və sənəd dövriyyəsinin təşkili prinsiplərini bilmək;
  • Rəsmi sənədlərin hazırlanması, qeydiyyatı, uçotu, sistemləşdirilməsi və arxivləşdirilməsi üzrə biliklərə malik olmaq;
  • Dövlət orqanlarında, publik hüquqi şəxslərdə kargüzarlıq və sənədlərlə işin təşkili qaydaları barədə ümumi məlumatlı olmaq;
  • Azərbaycan dilinin orfoqrafiya və üslub qaydalarını əla səviyyədə bilmək;
  • Elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı. 

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (5 gün).
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar

: