PASHA Real Estate Group Senior Post Tender Specialist
Vəzifə haqqında
Təsvir
VƏZIFƏ HAQQINDA ÜMUMI MƏLUMAT
PAŞA Real Estate Group, Kommersiya və Satınalma Departamentinə qoşulmaq üçün təşkilati bacarıqlara malik, detallara yüksək diqqət yetirən Tender Sonrası üzrə Baş Mütəxəssis axtarır. Bu vəzifə tikinti, təmir və bərpa layihələri çərçivəsində podrat müqavilələrinin icra mərhələsinin idarə edilməsini, müqavilə öhdəliklərinə riayət olunmasını, ödənişlərin dəqiq icrasını və bütün layihə tərəfdaşları arasında səmərəli koordinasiyanı təmin edir.
ƏSAS VƏZIFƏ VƏ MƏSULIYYƏTLƏR
1. Müqavilənin İdarə Edilməsi
▪ Layihə tələbləri və şirkət qaydalarına uyğun olaraq müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və idarə edilməsi.
▪ Müqavilə şərtlərinin podratçılarla müzakirəsi və dəqiqləşdirilməsi.
▪ Layihənin bütün mərhələlərində müqaviləyə edilən əlavə və dəyişikliklərin idarə edilməsi.
▪ Podratçıların müqavilədə nəzərdə tutulmuş bütün müddəa və öhdəliklərə riayət etməsinin təmin edilməsi.
▪ Podrat müqavilələri üzrə tam sənədlərin və məlumatların saxlanması və yenilənməsi.
2. Ödəniş Sənədləri
▪ Aralıq ödəniş (interim payment certificate) sənədlərinin hazırlanması və tikinti komandası ilə razılaşdırılması.
▪ Podratçıların aylıq təqdim etdiyi işlərin yerinə yetirilməsi aktlarının (sertifikatlarının) hazırlanması.
▪ Təsdiqlənmiş aralıq ödəniş sənədlərinin daxili ERP sistemdə vaxtında və dəqiq şəkildə qeydiyyata alınması.
▪ İmzalanmış aralıq ödəniş sertifikatlarının podratçılardan alınması və müvafiq şəkildə sənədləşdirilməsinin təmin edilməsi.
▪ Təsdiqlənmiş və aylıq ödənilmiş sertifikatlar üzrə reyestrin aparılması.
▪ Aylıq və həftəlik ödəniş hesabatlarının hazırlanması və rəhbərliyə göndərilməsi.
▪ Podratçılardan alınan fakturaların nəzərdən keçirilməsi, dəqiqliyinin və uyğunluğunun yoxlanılması.
▪ Maliyyə komandası ilə aylıq pul axınının (cash flow) koordinasiyası.
▪ Podratçılara hesabat və faktura təqdim etmək üçün son tarixlər barədə məlumat verilməsi.
3. Sənəd İdarəetməsi və Yazışmalar
▪ Müqaviləyə aid bütün sənədlərin qovluqda strukturlu saxlanılması.
▪ Podratçılara rəsmi məktubların hazırlanması, göndərilməsi və məktub reyestrinin aktual vəziyyətdə saxlanılması.
▪ Müqavilə danışıqlarında İclas Protokolunun (MoM) vaxtında hazırlanması və göndərilməsi.
4. İclaslar və Koordinasiya
▪ Tələb olunduqda podrat müqaviləsinə dair texniki və kommersiya iclaslarında iştirak etmək.
▪ Tikinti, texniki, maliyyə və satınalma komandaları ilə effektiv koordinasiya.
▪ Müqavilə danışıqlarında sifarişci ilə podratçılar arasında əsas əlaqələndirici şəxs (liaison) qismində çıxış edilməsi.
Tələblər
Təhsil və Təcrübə
▪ İnşaat mühəndisliyi, tikinti menecmenti, smeta işi (Quantity Surveying), iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
▪ Müqavilələrin idarə edilməsi, satınalma və ya kommersiya menecmenti sahəsində minimum 5 il müvafiq iş təcrübəsi.
▪ Tikinti sənayesində iş təcrübəsinin olması arzuolunandır (üstünlük verilir).
▪ Tikinti və ya mühəndislik istiqamətli təhsil əlavə bir üstünlükdür.
Texniki və Analitik Bacarıqlar
▪ Microsoft Office proqramlarından, xüsusilə Excel funksiyalarından (düsturlar, pivot cədvəllər, məlumat analizi) yüksək səviyyədə istifadə bacarığı..
▪ Ödənişlərin qeydiyyatı və müqavilənin izlənilməsi üçün ERP sistemləri ilə işləmə bacarığı.
▪ Güclü analitik və rəqəmlərlə işləmə qabiliyyəti.
▪ Müqavilə və maliyyə sənədlərini hazırlamaq, oxumaq və şərh etmək bacarığı.
Dil Bilikləri
▪ Azərbaycan dili: Ana dil səviyyəsində (yazılı və şifahi).
▪ İngilis dili: Peşəkar iş səviyyəsindəki bilik tələb olunur (yazılı və şifahi).
Şəxsi Keyfiyyətlər
▪ Detallara müstəsna diqqət, dəqiqliyə və keyfiyyətə sadiqlik.
▪ Yüksək özünümotivasiyaya malik, güclü təşkilatçılıq qabiliyyəti və eyni zamanda bir neçə tapşırığı idarə etmə bacarığı.
▪ Tapşırıqların vaxtında icrasına və problemlərin proaktiv şəkildə həll edilməsi.
▪ Əla yazılı və şifahi ünsiyyət bacarıqları.
▪ Podratçılar və daxili tərəfdaşlarla məhsuldar və peşəkar qaydada əlaqələr qurmaq.

PASHA Real Estate Group operates extensively in real estate, specializing in developing and managing group assets. We are dedicated to reshaping urban landscapes through cutting-edge projects that…