Datalead MMC Sistem Administratoru
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəlikləri
- Windows və Linux serverlərinin quraşdırılması, konfiqurasiyası, idarə olunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
- Windows Server (2012/2016/2019/2022) mühitinin idarə olunması.
- Active Directory, Group Policy, DNS, DHCP və File Server xidmətlərinin qurulması və idarə olunması.
- IIS, Apache və Nginx veb serverlərinin quraşdırılması, konfiqurasiyası və optimallaşdırılması.
- PHP, ASP.NET və digər veb tətbiqlərinin serverlərdə yerləşdirilməsi (Deployment) və idarə olunması.
- MSSQL Server və MySQL/MariaDB verilənlər bazalarının idarə olunması, ehtiyat nüsxələrinin alınması və yüksək əlçatanlıq (High Availability) həllərinin tətbiqi.
- MSSQL Always On, Failover Cluster və digər klaster həllərinin qurulması və idarə olunması.
- VMware ESXi, VMware vCenter və Hyper-V virtualizasiya platformalarının idarə olunması.
- Veeam Backup & Replication sistemi vasitəsilə ehtiyat nüsxələmə, replikasiya, bərpa (Restore) və Disaster Recovery proseslərinin idarə olunması.
- Cloud platformalarında (AWS, Microsoft Azure, Google Cloud və s.) virtual serverlərin yaradılması, konfiqurasiyası, idarə olunması və internet (Public) üzərindən əlçatanlığının təmin edilməsi.
- Cloud infrastrukturunda Virtual Machine, VPC/VNet, Storage, Security Group/Firewall, Load Balancer, Public IP və DNS xidmətlərinin idarə olunması.
- Cloudflare (DNS, Proxy, WAF, Cache və s.) xidmətlərinin idarə olunması.
- SSL sertifikatlarının quraşdırılması, yenilənməsi və idarə olunması.
- Reverse Proxy, Load Balancer və High Availability (HA) həllərinin tətbiqi.
- Domen, Hosting, DNS və e-poçt xidmətlərinin idarə olunması.
- 3CX IP PBX telefon sisteminin quraşdırılması, konfiqurasiyası və idarə olunması.
- Serverlərin monitorinqi, performansının optimallaşdırılması və nasazlıqların operativ aradan qaldırılması.
- Server təhlükəsizliyinin təmin edilməsi, istifadəçi hüquqlarının idarə olunması və audit proseslərinin həyata keçirilməsi.
- Texniki sənədləşdirmənin aparılması və istifadəçilərə texniki dəstəyin göstərilməsi.
Tələblər
- Windows və Linux server əməliyyat sistemləri üzrə minimum
- IIS, Apache və Nginx veb serverləri ilə işləmək üzrə praktiki təcrübə.
- Active Directory, Group Policy, DNS, DHCP və File Server xidmətləri üzrə biliklər.
- MSSQL Server, MySQL/MariaDB, Always On və Failover Cluster həlləri üzrə biliklər.
- VMware ESXi, VMware vCenter və ya Hyper-V virtualizasiya platformaları ilə işləmək təcrübəsi.
- Veeam Backup & Replication sistemi ilə işləmək bacarığı.
- Cloud platformaları (AWS, Microsoft Azure, Google Cloud və ya digər) ilə işləmək bacarığı.
- Cloud infrastrukturunun iş prinsiplərini, Virtual Machine, VPC/VNet, Storage, Security Group/Firewall, Load Balancer, Public IP və DNS anlayışlarını bilmək.
- Cloud mühitində virtual serverlərin yaradılması, konfiqurasiyası və internet (Public) üzərindən əlçatanlığının təmin edilməsi bacarığı.
- Cloud mühitində DNS, SSL sertifikatları, IIS, Apache və Nginx veb serverlərinin konfiqurasiyası üzrə praktiki təcrübə.
- Cloud mühitində təhlükəsizlik siyasətlərinin tətbiqi, monitorinq, performans optimallaşdırılması və Backup/Disaster Recovery həlləri üzrə biliklər.
- Cloudflare xidmətləri ilə işləmək təcrübəsi.
- 3CX IP PBX telefon sistemləri ilə işləmək təcrübəsi.
- SSL sertifikatları, Reverse Proxy, Load Balancer və High Availability həlləri üzrə biliklər.
- TCP/IP, DNS və server infrastrukturu üzrə yaxşı biliklər.
- PowerShell və ya Bash skriptləri yazmaq bacarığı.
- Zabbix, PRTG, Grafana və ya oxşar monitorinq sistemləri ilə işləmək təcrübəsi.
- Problemləri operativ analiz etmək və həll etmək bacarığı.
- Texniki sənədlərlə işləmək üçün kifayət qədər ingilis dili biliyi.
Üstünlük hesab olunur:
- Docker, Kubernetes, Git və CI/CD prosesləri haqqında ilkin biliklərin olması
D 

Datalead MMC
İnformasiya və kommunikasiya
Datalead LLC is a consulting company specializing in data and artificial intelligence, providing services in database management, business intelligence (BI) solutions, and the development of data…