AzTelco Group MMC Smeta üzrə Mühəndis
16 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.
Vəzifə Öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya və b.);
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
- Layihə rəhbərliyi və maliyyə şöbəsi ilə birgə büdcə planlamasının aparılması və xərclərin optimallaşdırılması;
- Layihələrin icrası zamanı faktiki xərclərin uçotu və təhlili;
- Tenderlərdə iştirak üçün qiymət təkliflərinin hazırlanması və iqtisadi əsaslandırılması.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil (İnşaat mühəndisliyi və digər əlaqəli sahələrdə);
- Minimum 3-4 il təcrübə;
- Layihə-smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;
- Tikinti norma və qaydaları, müvafiq normativ-hüquqi aktlar haqqında biliklər.
Təklif Edilir:
- Şirkət tərəfindən təmin olunan nahar;
- Tibbi sığorta;
- Korporativ iş nömrəsi;
- Dinamik və inkişafyönümlü iş mühiti;
Ünvan: Ələsgər Qayıbov 10q SDN Biznes Mərkəzi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
A 

AzTelco Group MMC
Tikinti
“Aztelco Group” MMC Azərbaycanın sürətlə inkişaf edən müxtəlif sahələrində, o cümlədən telekommunikasiya, informasiya texnologiyaları (İT), tikinti və konsultasiya kimi sektorlarda fəaliyyət göstərən…