Şöbə müdir müavini / Geoloji kəşfiyyat şöbəsi
İş rejimi Tam ştat Təcrübə 5 ildən çox Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Azərbaycan Respublikasının dağ-mədən sahəsi üzrə qanunvericiliyindən məlumatlı olmaq;
- Ətraf mühitin mühafizəsi qaydaları ilə tanışlıq və kəşfiyyat işləri zamanı qaydalara riayət olunmasını təmin etmək;
- Geoloji kəşfiyyat işlərinin aparılması üçün aidiyyəti dövlət orqanlarından müvafiq icazələrin alınması prosesinin təşkili və icrasına nəzarət etmək;
- Büdcənin hazırlanmasına və icrasına nəzarət etmək;
- Dövlət proqramların icrasına nəzarət etmək;
- Geoloji kəşfiyyat şöbəsi üzrə satınalma prosesinə nəzarət etmək;
- Tədqiqatlar nəticəsində əldə olunmuş materialların (hesabatlar, qrafiklər, xəritələr, cədvəllər və s.) hazırlanmasında iştirak etmək;
- Elmi məqalələri, beynəlxalq geoloji yenilikləri və müasir tədqiqat metodlarını mütəmadi izləmək, peşəkar bilik və bacarıqları inkişaf etdirmək məqsədilə konfranslarda, seminarlarda, təlimlərdə və universitet mühazirələrində iştirak etmək.
Xüsusi tələblər
- Azərbaycan dili səlis, ingilis və rus dili yaxşı;
- Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Müasir geoloji proqramlarla işləmək bacarığı;
- Analitik düşüncə və maliyyə təhlili bacarığı;
- Problem həll etmə, Təşkilati anlama, Məsuliyyət, Əməkdaşlıq, Dürüstlük, Çeviklik, Nəticəyönümlülük, Təşəbbüskarlıq, Planlaşdırma və təşkil etmə, Liderlik, Konfliktlərin idarəedilməsi.
- Ali təhsil (Geologiya, İqtisadiyyat və ya Hüquq sahəsi üzrə, magistr təhsili arzuolunandır).
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- İdarəetmə təcrübəsi ən azı 3 il iş təcrübəsi;
AzerGold