Rebers Sosial Media Əməkdaşı
23 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
REBERS PARK komandasına Sosial Media Əməkdaşı axtarılır!
Vəzifə öhdəlikləri:
- Sosial media platformalarına daxil olan mesajları operativ və nəzakətli şəkildə cavablandırmaq;
- Gündəlik canlı yayımlarda iştirak edərək şirkətin xidmətləri haqqında məlumat vermək;
- Müştərilərin suallarını cavablandırmaq və düzgün istiqamətləndirmək;
- Sosial media hesablarının aktivliyinin qorunmasına dəstək olmaq.
Namizəddən gözləntilər:
- 22 yaş və yuxarı olmaq;
- Mehriban, gülərüz və pozitiv olmaq;
- Səlis nitqə və güclü ünsiyyət bacarığına sahib olmaq;
- Kamera qarşısında rahat çıxış etmək bacarığı;
- Sosial media platformalarından aktiv istifadə etmək;
- Məsuliyyətli, punktual və komandada işləməyi bacarmaq;
- Ən azı kollektivdə iş təcrübəsinə malik olmaq;
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq.
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi;
- Stabil və mehriban iş mühiti;
- Karyera yüksəlişi və inkişaf imkanı.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosu yaxınlığı, Rəşid Behbudov küçəsi.
- İş qrafiki: Bazar ertəsi – Şənbə, saat 10:00–20:00
- İstirahət günü: Bazar
- Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılacaq.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
R 

Rebers