Sosial Media Marketinq (SMM) mütəxəssisi
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Marketinq
Vəzifə haqqında
SMM Mütəxəssisi Axtarılır!
Wrappers Sandwich Cafe komandamıza yaradıcı, enerjili və daim yeni ideyalar axtaran SMM Mütəxəssisi axtarır!
Vəzifələr:
*Həftəlik sosial media kontent planının hazırlanması və idarə olunması;
*Foto və video çəkilişlərin müstəqil şəkildə həyata keçirilməsi;
*Reels, story və postlar üçün kreativ ideyaların hazırlanması və icrası;
*Sosial media trendlərinin daim izlənilməsi və brendə uyğun tətbiqi;
*Müştərilərlə ünsiyyət quraraq məhsul və xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi;
*Müştəri rəylərinin toplanması və analiz edilməsi;
*Kampaniya və aksiyalar üçün yaradıcı kontentlərin hazırlanması;
*Sosial media hesablarının aktiv şəkildə idarə olunması və inkişaf etdirilməsi.
Tələblər:
*SMM sahəsində təcrübə;
*Foto və video çəkiliş bacarığı;
*Kreativ düşüncə və kontent yaratmaq bacarığı;
*Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı;
*Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq;
*Güclü ünsiyyət bacarığı.
İş şəraiti:
*Əmək haqqı: 800 AZN
*İş qrafiki: 6 günlük
*İş saatları: 11:00 – 20:00 və ya 12:00 – 21:00
Maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!