Tripocell Sosial Media Marketinq (SMM) mütəxəssisi
İş rejimi Tam ştat Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Şirkətimiz komandamıza kreativ düşüncəyə malik, sosial media trendlərini yaxından izləyən və süni intellekt alətlərindən effektiv istifadə edə bilən SMM Meneceri axtarır.
Vəzifə öhdəlikləri
- Şirkətin Instagram, Facebook, TikTok, LinkedIn, Telegram və digər sosial media platformalarının peşəkar şəkildə idarə olunması;
- Şirkətin marketinq strategiyasına uyğun aylıq, həftəlik və gündəlik kontent planlarının hazırlanması;
- AI alətlərindən (ChatGPT, Canva AI, Gemini, Claude, CapCut AI, Midjourney və digər müasir platformalar) istifadə etməklə kreativ məzmun ideyalarının hazırlanması;
- Süni intellekt vasitəsilə post mətnləri, reklam başlıqları, video ssenariləri, kampaniya ideyaları və vizual konseptlərin yaradılması;
- Sosial media üçün kreativ postlar, Reels, Story, Carousel və video kontentlərin hazırlanması və paylaşılması;
- Trend olan mövzuların, viral formatların və sosial media yeniliklərinin gündəlik izlənilməsi və brendə uyğun şəkildə tətbiq edilməsi;
- Mövsümi kampaniyalar, xüsusi günlər və marketinq aksiyaları üçün yaradıcı kontentlərin hazırlanması;
- Copywriting bacarıqlarından istifadə etməklə cəlbedici və satış yönümlü mətnlərin yazılması;
- Kontentin paylaşım vaxtlarının planlaşdırılması və müntəzəm paylaşım qrafikinin idarə olunması;
- Sosial media reklam kampaniyalarının hazırlanması və marketinq komandası ilə koordinasiyalı işləmək;
- Auditoriyanın suallarının cavablandırılması, şərhlərin və mesajların idarə olunması;
- İzləyici artımı, engagement, reach və digər sosial media göstəricilərinin analiz olunması;
- Həftəlik və aylıq performans hesabatlarının hazırlanması;
- Rəqiblərin sosial media fəaliyyətinin monitorinqi və bazar analizinin aparılması;
- Yeni sosial media alətləri, AI texnologiyaları və rəqəmsal marketinq trendlərinin öyrənilməsi və tətbiqi;
- Foto və video çəkiliş proseslərində ideya müəllifi kimi iştirak etmək, kontent istehsalı üçün yaradıcı təkliflər vermək;
- Marketinq və dizayn komandası ilə sıx əməkdaşlıq etmək.
Namizəddən tələblər
- SMM və ya Rəqəmsal Marketinq sahəsində minimum 1 il iş təcrübəsi (üstünlükdür);
- AI alətlərindən aktiv istifadə bacarığı və bu sahədə yenilikləri izləmək;
- ChatGPT, Canva AI, CapCut AI, Gemini, Claude və digər AI platformaları ilə işləmək bacarığı;
- Canva proqramında sərbəst işləmək bacarığı;
- Adobe Photoshop, Illustrator və ya Figma bilikləri üstünlük hesab olunur;
- Meta Business Suite, Meta Ads Manager və digər sosial media idarəetmə platformaları ilə işləmə bacarığı;
- Instagram, Facebook, TikTok, LinkedIn və digər platformaların alqoritmləri barədə bilik;
- Kreativ düşüncə tərzi və müasir dizayn yanaşmasına sahib olmaq;
- Güclü copywriting və kontent yazmaq bacarığı;
- Trendləri analiz etmək və onları brendə uyğun şəkildə tətbiq etmək bacarığı;
- Analitik düşüncə və sosial media statistikalarını oxumaq bacarığı;
- Azərbaycan dilində yüksək yazılı nitq qabiliyyəti;
- Rus və ya ingilis dili biliyi üstünlük hesab olunur;
- Komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və məsuliyyətli olmaq.
Şəxsi keyfiyyətlər
- Kreativ və innovativ düşüncə;
- Yüksək məsuliyyət hissi;
- Operativ qərarvermə bacarığı;
- Yeni texnologiyaları öyrənməyə həvəs;
- Komandada işləmək bacarığı;
- Güclü kommunikasiya qabiliyyəti;
- Detallara diqqətli yanaşma;
- Vaxtın düzgün planlaşdırılması;
- Stress altında işləmək bacarığı;
- Özünü daim inkişaf etdirmək istəyi.
Biz təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Bonus və motivasiya sistemi;
- Peşəkar inkişaf və təlim imkanları;
- AI texnologiyaları ilə işləmək və yeni biliklər əldə etmək imkanı;
- Rahat və müasir iş mühiti;
- Kreativ və gənc komanda;
- Maraqlı layihələrdə iştirak etmək imkanı;
- Karyera yüksəlişi perspektivi;
- Rəsmi əmək müqaviləsi;
- Əmək qanunvericiliyinə uyğun məzuniyyət və digər sosial təminatlar.
Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçid vasitəsilə saytımıza daxil olaraq müraciətinizi təqdim edə bilərsiniz.
T 

Tripocell