Titan Group Soyuducu Sexinə Mühəndis Köməkçiləri--Binə qəsəbəsi
Vəzifə haqqında
İş şəraiti:
İş yeri: Binə qəsəbəsi
İş qrafiki: Tam iş günü
İş saatları: 08:30 – 17:30
İstirahət günləri: Şənbə və bazar
Əmək haqqı: 550 – 600 AZN
Nahar ve servis şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri:
Mühəndisə gündəlik fəaliyyətində dəstək göstərmək;
Soyuducu və soyutma sistemlərinin istehsalı, quraşdırılması və texniki layihələrin icrasında iştirak etmək;
Texniki sənədlərin, hesabatların və sxemlərin hazırlanmasına kömək etmək;
Çertyoj və texniki məlumatların işlənməsində iştirak etmək;
İstehsalat proseslərinin texniki tələblərə uyğunluğunu izləmək;
Material və avadanlıqların texniki göstəricilərinin yoxlanılmasına dəstək vermək;
Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
Soyutma sistemləri, Mexanika, Energetika və ya digər müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili (vacibdir);
Texniki biliklərə sahib olmaq;
MS Office proqramlarında işləmək bacarığı;
AutoCAD biliyi üstünlük hesab olunur;
Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq;
Komandada işləmək bacarığı.
Təklif edirik:
Stabil iş yeri və uzunmüddətli əməkdaşlıq;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Təcrübəli mütəxəssislərlə işləmək imkanı;
İşi tam mənimsədikdən sonra vəzifə yüksəlişi və əmək haqqı artımı;
Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
Qeyd:
Namizəd 2 ay ərzində iş prosesini tam öyrəndikdən sonra bilik və bacarıqlarına uyğun olaraq vəzifə və əmək haqqısında artım nəzərdə tutulur.
Müraciət qaydası:
CV-nizi [email protected] elektron poçt ünvanına göndərin. Mövzu hissəsində "Mühəndis köməkçisi" qeyd etməyiniz xahiş olunur.
