Titan GroupTitan Group

Soyuducu Sistemlər üzrə Mühəndis

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
2 iyul 2026

Vəzifə haqqında

İş yeri: Binə qəsəbəsi

  • Əmək haqqı: Razılaşma yolu ilə

  • İş qrafiki: Tam iş günü

  • Nahar və servis şirkət tərəfindən təmin olunur

Vəzifə öhdəlikləri:

  • Sənaye və kommersiya təyinatlı soyuducu sistemlərin layihələndirilməsi və texniki hesablamalarının aparılması;

  • Soyuducu avadanlıqların seçilməsi, quraşdırılması və istismara verilməsi prosesinə nəzarət;

  • Soyutma sistemlərində yaranan texniki problemlərin diaqnostikası və həlli;

  • Profilaktik texniki baxışların təşkili və həyata keçirilməsi;

  • Layihə və texniki sənədlərin hazırlanması;

  • Enerji səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi.

Tələblər:

  • Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Soyuducu sistemlər və ya HVAC sahəsində minimum 2 il iş təcrübəsi;

  • SolidWorks proqramında sərbəst işləmək və 3D modelləşdirmə bacarığı;

  • AutoCAD və MS Office proqramlarını bilmək;

  • Texniki çertyoj və sxemləri oxuma və hazırlama bacarığı;

  • Soyuducu avadanlıqların seçimi və texniki hesablamaların aparılması üzrə biliklər;

  • Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmə bacarığı;

  • Azərbaycan dilində sərbəst ünsiyyət, rus və ya ingilis dili biliyi üstünlükdür.

Uyğun namizədlər cv-ni [email protected] mailinə göndərə bilər.

Oxşar vakansiyalar

Hamısına bax