Titan Group Soyuducu Sistemlər üzrə Mühəndis
О должности
İş yeri: Binə qəsəbəsi
Əmək haqqı: Razılaşma yolu ilə
İş qrafiki: Tam iş günü
Nahar və servis şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri:
Sənaye və kommersiya təyinatlı soyuducu sistemlərin layihələndirilməsi və texniki hesablamalarının aparılması;
Soyuducu avadanlıqların seçilməsi, quraşdırılması və istismara verilməsi prosesinə nəzarət;
Soyutma sistemlərində yaranan texniki problemlərin diaqnostikası və həlli;
Profilaktik texniki baxışların təşkili və həyata keçirilməsi;
Layihə və texniki sənədlərin hazırlanması;
Enerji səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi.
Tələblər:
Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Soyuducu sistemlər və ya HVAC sahəsində minimum 2 il iş təcrübəsi;
SolidWorks proqramında sərbəst işləmək və 3D modelləşdirmə bacarığı;
AutoCAD və MS Office proqramlarını bilmək;
Texniki çertyoj və sxemləri oxuma və hazırlama bacarığı;
Soyuducu avadanlıqların seçimi və texniki hesablamaların aparılması üzrə biliklər;
Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmə bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət, rus və ya ingilis dili biliyi üstünlükdür.
Uyğun namizədlər cv-ni [email protected] mailinə göndərə bilər.
