TAİS İKFTAİS İKF

Soyuducu ustası

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə
5 ildən çox Mühəndislik
Aylıq maaş
₼1,300 – 1,600
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş şəraiti:

 

  1. İş qrafiki: 6 günlük iş rejimi
  2. Peşəkar inkişaf və təlim imkanları
  3. Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  4. İş yeri : TAİS-İKF MMC
  5. Ünvan: Nərimanov rayonu

 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Soyuducu ustası” qeyd etməklə qeyd edilmiş email ünvanına göndərə və ya mobil nömrə ilə əlaqə saxlaya bilərlər.

Öhdəliklər

  1. Soyuducu sistemlərin, işə salınması və sazlanmasını həyata keçirmək
  2. Soyuducu avadanlıqlarda yaranan nasazlıqları yoxlamaq və aradan qaldırmaq
  3. Kompressor, kondensator, buxarlandırıcı, ventilyator, termostat, idarəetmə paneli və digər komponentlərin təmiri və dəyişdirilməsini təmin etmək
  4. Soyuducu sistemlərin gündəlik, həftəlik və aylıq texniki baxışlarını həyata keçirmək
  5. Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə profilaktik tədbirlər görmək
  6. Soyuducu qazların (freon və digər soyuducu agentlər) doldurulması, boşaldılması və sistem təzyiqlərinin yoxlanılmasını həyata keçirmək
  7. Soyutma sistemlərinin enerji səmərəliliyini izləmək və optimallaşdırılması ilə bağlı təkliflər vermək
  8. Yeni soyuducu avadanlıqların quraşdırılması zamanı montaj işlərində iştirak etmək və sistemlərin test edilməsini həyata keçirmək
  9. Ehtiyat hissələri və sərf materiallarına olan tələbatı müəyyən etmək və aidiyyəti üzrə məlumat vermək
  10. İstehsalat sahələrində yerləşən soyutma avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək
  11. Qəza və fövqəladə hallarda operativ müdaxilə etmək və nasazlıqların qısa müddətdə aradan qaldırılmasına dəstək olmaq
  12. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək
  13. Birbaşa rəhbər tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək

Tələblər

  1. Texniki peşə təhsili və ya müvafiq sahə üzrə sertifikatın olması arzuolunandır
  2. Soyuducu sistemlərin quraşdırılması və təmiri sahəsində minimum 5 il iş təcrübəsi
  3. Soyutma sistemlərinin iş prinsipləri, elektrik sxemləri və avtomatika sistemləri üzrə biliklər
  4. Soyuducu qazlarla işləmə qaydalarını bilmək
  5. Nasazlıqların yoxlanılması və problemlərin operativ həlli bacarığı
  6. Texniki çertyoj, sxem və təlimatları oxumaq və tətbiq etmək bacarığı
  7. Məsuliyyətlilik, diqqətlilik, komandada işləmək bacarığı
TAİS İKF
TAİS İKF

TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir. Şirkət respublika miqyaslı bir sıra mühüm tədbirlərin…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et