TAİS İKF Soyuducu ustası
Опыт Более 5 лет Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi
- Peşəkar inkişaf və təlim imkanları
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş yeri : TAİS-İKF MMC
- Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Soyuducu ustası” qeyd etməklə qeyd edilmiş email ünvanına göndərə və ya mobil nömrə ilə əlaqə saxlaya bilərlər.
Öhdəliklər
- Soyuducu sistemlərin, işə salınması və sazlanmasını həyata keçirmək
- Soyuducu avadanlıqlarda yaranan nasazlıqları yoxlamaq və aradan qaldırmaq
- Kompressor, kondensator, buxarlandırıcı, ventilyator, termostat, idarəetmə paneli və digər komponentlərin təmiri və dəyişdirilməsini təmin etmək
- Soyuducu sistemlərin gündəlik, həftəlik və aylıq texniki baxışlarını həyata keçirmək
- Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə profilaktik tədbirlər görmək
- Soyuducu qazların (freon və digər soyuducu agentlər) doldurulması, boşaldılması və sistem təzyiqlərinin yoxlanılmasını həyata keçirmək
- Soyutma sistemlərinin enerji səmərəliliyini izləmək və optimallaşdırılması ilə bağlı təkliflər vermək
- Yeni soyuducu avadanlıqların quraşdırılması zamanı montaj işlərində iştirak etmək və sistemlərin test edilməsini həyata keçirmək
- Ehtiyat hissələri və sərf materiallarına olan tələbatı müəyyən etmək və aidiyyəti üzrə məlumat vermək
- İstehsalat sahələrində yerləşən soyutma avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək
- Qəza və fövqəladə hallarda operativ müdaxilə etmək və nasazlıqların qısa müddətdə aradan qaldırılmasına dəstək olmaq
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək
- Birbaşa rəhbər tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək
Tələblər
- Texniki peşə təhsili və ya müvafiq sahə üzrə sertifikatın olması arzuolunandır
- Soyuducu sistemlərin quraşdırılması və təmiri sahəsində minimum 5 il iş təcrübəsi
- Soyutma sistemlərinin iş prinsipləri, elektrik sxemləri və avtomatika sistemləri üzrə biliklər
- Soyuducu qazlarla işləmə qaydalarını bilmək
- Nasazlıqların yoxlanılması və problemlərin operativ həlli bacarığı
- Texniki çertyoj, sxem və təlimatları oxumaq və tətbiq etmək bacarığı
- Məsuliyyətlilik, diqqətlilik, komandada işləmək bacarığı
Tİ 

TAİS İKF
TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir. Şirkət respublika miqyaslı bir sıra mühüm tədbirlərin…