TH
Texno Home

Stoka nəzarət üzrə mütəxəssis

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
₼500+
İş rejimi
Tam ştat
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Şirkətimizə Daxili Nəzarət Departamentinə məsuliyyətli, diqqətli və analitik düşüncəyə malik əməkdaş axtarılır.

Vəzifə öhdəlikləri:

* Şirkətə aid 2 mağaza və anbarda mütəmadi sayımların aparılması;
* Məhsulların fiziki sayımını həyata keçirmək və nəticələri sistem məlumatları ilə müqayisə etmək;
* Sayım zamanı aşkar olunan uyğunsuzluqları, çatışmazlıqları və artıq qalıqları müəyyən etmək;
* Sayım nəticələrinə əsasən dəqiqləşdirmə və araşdırmalar aparmaq;
* Məhsulların barkod, seriya nömrəsi və digər identifikasiya məlumatlarının düzgünlüyünü yoxlamaq;
* Mağaza və anbarda məhsulların yerləşmə, saxlanma və qeydiyyat qaydalarına nəzarət etmək;
* Aşkar olunan uyğunsuzluqlarla bağlı müvafiq şöbələrlə əlaqə saxlayaraq səbəbləri araşdırmaq;
* Sayım nəticələri və yoxlamalar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
* Daxili nəzarət proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
* Şirkətin daxili prosedur və qaydalarına uyğun nəzarət tədbirlərini həyata keçirmək.

Namizədə tələblər:

* Ali və ya orta ixtisas təhsili;
* Sayım, anbar, mağaza nəzarəti və ya daxili nəzarət sahəsində təcrübə arzuolunandır;
* MS Excel proqramında işləmə bacarığı;
* Diqqətlilik, məsuliyyətlilik və detallara həssas yanaşma;
* Analitik düşünmə və hesabat hazırlama bacarığı;
* Komandada işləmək və operativ qərar vermək bacarığı;
* Ezamiyyət və mağaza/anbar mühitində işləməyə hazır olmaq.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        

İş qrafiki: 
6 günlük iş həftəsi, şənbə günü 09:00 - 14:00
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyat;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu (subject) hissəsində "Stoka nəzarət üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur

Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar

: