AAnonym

Strateji inkişaf və iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi (təhlil istiqaməti üzrə)

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Fəaliyyət istiqamətləri üzrə iqtisadi, statistik və analitik təhlillərin aparılması;
  • Rəqəmsal inkişaf, telekommunikasiya, nəqliyyat və digər aidiyyəti sahələr üzrə sosial-iqtisadi göstəricilərin təhlili və qiymətləndirilməsi;
  • Sektorlar üzrə inkişaf tendensiyalarının, risklərin və imkanların müəyyən edilməsi, siyasət təkliflərinin hazırlanması;
  • Statistik məlumatların toplanması, emalı, sistemləşdirilməsi və təhlilinin həyata keçirilməsi;
  • Analitik hesabatların, arayışların, təqdimatların və qərarverməni dəstəkləyən materialların hazırlanması;
  • İqtisadi və sektor göstəriciləri üzrə qısamüddətli və ortamüddətli proqnozların və ssenari təhlillərinin hazırlanması;
  • Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və müqayisəli təhlillərin aparılması;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların icrası.


Tələblər

  • İqtisadiyyat, maliyyə, statistika, tətbiqi riyaziyyat, dövlət idarəetməsi, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • İqtisadi təhlil, strateji planlaşdırma, statistika və ya əlaqəli sahələr üzrə minimum 3 il iş təcrübəsi;
  • İqtisadi və statistik proqnozlaşdırma metodları üzrə biliklər;
  • Zaman sıralarının (time series) təhlili və proqnozlaşdırılması bacarığı;
  • Python və ya R proqramlaşdırma dilləri ilə işləmək bacarığı;
  • Məlumatların emalı, təhlili və vizuallaşdırılması üzrə təcrübə;
  • İqtisadi və sektor göstəricilərinin təhlili, inkişaf tendensiyalarının və risklərin qiymətləndirilməsi bacarığı;
  • Proqnozlaşdırma və ssenari təhlili üzrə bilik və təcrübə;
  • Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə.


Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et