Strateji inkişaf və iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi (təhlil istiqaməti üzrə)
Work mode Full-time Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Fəaliyyət istiqamətləri üzrə iqtisadi, statistik və analitik təhlillərin aparılması;
- Rəqəmsal inkişaf, telekommunikasiya, nəqliyyat və digər aidiyyəti sahələr üzrə sosial-iqtisadi göstəricilərin təhlili və qiymətləndirilməsi;
- Sektorlar üzrə inkişaf tendensiyalarının, risklərin və imkanların müəyyən edilməsi, siyasət təkliflərinin hazırlanması;
- Statistik məlumatların toplanması, emalı, sistemləşdirilməsi və təhlilinin həyata keçirilməsi;
- Analitik hesabatların, arayışların, təqdimatların və qərarverməni dəstəkləyən materialların hazırlanması;
- İqtisadi və sektor göstəriciləri üzrə qısamüddətli və ortamüddətli proqnozların və ssenari təhlillərinin hazırlanması;
- Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və müqayisəli təhlillərin aparılması;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların icrası.
Tələblər
- İqtisadiyyat, maliyyə, statistika, tətbiqi riyaziyyat, dövlət idarəetməsi, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
- İqtisadi təhlil, strateji planlaşdırma, statistika və ya əlaqəli sahələr üzrə minimum 3 il iş təcrübəsi;
- İqtisadi və statistik proqnozlaşdırma metodları üzrə biliklər;
- Zaman sıralarının (time series) təhlili və proqnozlaşdırılması bacarığı;
- Python və ya R proqramlaşdırma dilləri ilə işləmək bacarığı;
- Məlumatların emalı, təhlili və vizuallaşdırılması üzrə təcrübə;
- İqtisadi və sektor göstəricilərinin təhlili, inkişaf tendensiyalarının və risklərin qiymətləndirilməsi bacarığı;
- Proqnozlaşdırma və ssenari təhlili üzrə bilik və təcrübə;
- Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə.
A
Anonym