Sürücü
Vəzifə haqqında
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü (6 gün)
İş saatları: 09:00 – 18:00
Nahar fasiləsi: 13:00 – 14:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Namizədə tələblər
Yaş həddi: 21–45 yaş;
Sürücülük vəsiqəsi: BC kateqoriyası;
Sürücü vəzifəsi üzrə minimum 1–3 il iş təcrübəsi;
Yol hərəkəti qaydalarını yaxşı bilməli və təhlükəsiz sürücülük bacarığına malik olmalı;
Yükdaşıma və məhsulların təhlükəsiz şəkildə çatdırılması sahəsində təcrübə üstünlükdür;
Avtomobilin texniki vəziyyətinə nəzarət etmə bacarığı;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İntizamlı, məsuliyyətli, punktual və diqqətli olmalı.
Vəzifə öhdəlikləri
Sifarişə uyğun olaraq məhsulların anbardan götürülməsini, avtomobilə yüklənməsini və ticarət nöqtələrinə vaxtında çatdırılmasını təmin etmək;
Məhsulların təhvil verilməsini və müvafiq sənədləşməni icra etmək;
Ticarət nöqtələrindən geri qaytarılan məhsulları qəbul edərək anbara təhvil vermək;
Şirkət məhsullarının təhkim olunmuş nəqliyyat vasitəsi ilə müəyyən edilmiş ünvanlara çatdırılmasını həyata keçirmək;
Şirkətə məxsus avtomobilin düzgün və təhlükəsiz idarə olunmasını təmin etmək;
Təhvil verilən məhsulların təhlükəsizliyini və salamatlığını təmin etmək;
Nəqliyyat vasitəsinin gündəlik texniki vəziyyətini yoxlamaq, təmizliyinə və səliqəsinə nəzarət etmək;
İstifadə etdiyi nəqliyyat vasitəsinin istismarı üzrə təlimatlara və yol hərəkəti qaydalarına ciddi riayət etmək;
Verilmiş marşrut üzrə müəyyən olunmuş vaxtlarda çatdırılma və qarşılama işlərini icra etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “Sürücü” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.