Baku Digital MMCBaku Digital MMC

Sürücü

14 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Baku Digital MMC Sürücü vəzifəsi üzrə vakansiya elan edir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü (6 gün)
  • İş saatları: 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Namizədə tələblər

  • Yaş həddi: 21–45 yaş;
  • Sürücülük vəsiqəsi: BC kateqoriyası;
  • Sürücü vəzifəsi üzrə minimum 1–3 il iş təcrübəsi;
  • Yol hərəkəti qaydalarını yaxşı bilməli və təhlükəsiz sürücülük bacarığına malik olmalı;
  • Yükdaşıma və məhsulların təhlükəsiz şəkildə çatdırılması sahəsində təcrübə üstünlükdür;
  • Avtomobilin texniki vəziyyətinə nəzarət etmə bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İntizamlı, məsuliyyətli, punktual və diqqətli olmalı.

Vəzifə öhdəlikləri

  • Sifarişə uyğun olaraq məhsulların anbardan götürülməsini, avtomobilə yüklənməsini və ticarət nöqtələrinə vaxtında çatdırılmasını təmin etmək;
  • Məhsulların təhvil verilməsini və müvafiq sənədləşməni icra etmək;
  • Ticarət nöqtələrindən geri qaytarılan məhsulları qəbul edərək anbara təhvil vermək;
  • Şirkət məhsullarının təhkim olunmuş nəqliyyat vasitəsi ilə müəyyən edilmiş ünvanlara çatdırılmasını həyata keçirmək;
  • Şirkətə məxsus avtomobilin düzgün və təhlükəsiz idarə olunmasını təmin etmək;
  • Təhvil verilən məhsulların təhlükəsizliyini və salamatlığını təmin etmək;
  • Nəqliyyat vasitəsinin gündəlik texniki vəziyyətini yoxlamaq, təmizliyinə və səliqəsinə nəzarət etmək;
  • İstifadə etdiyi nəqliyyat vasitəsinin istismarı üzrə təlimatlara və yol hərəkəti qaydalarına ciddi riayət etmək;
  • Verilmiş marşrut üzrə müəyyən olunmuş vaxtlarda çatdırılma və qarşılama işlərini icra etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “Sürücü” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Baku Digital MMC
Baku Digital MMC
İnformasiya və kommunikasiya

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et