Suvarma üzrə mütəxəssis
Təcrübə 3–5 il Kateqoriya Kənd təsərrüfatı
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiya: Suvarma üzrə mütəxəssis
Şirkət: Uluagro MMC
İş yeri: Qax rayonu
İş rejimi: Tam ştat
İş yeri
İş yeri Qax rayonunda yerləşir. Namizədin daimi olaraq Qax rayonunda yaşaması və ya işə qəbul olunduqdan sonra Qax rayonuna köçməsi tələb olunur.
Qax və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.
Əməkhaqqı
Namizədin bilik və peşəkar hazırlıq səviyyəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək.
Öhdəliklər
- Bağ və əkin sahələri üzrə suvarma proqramlarının hazırlanması və icrasına nəzarət;
- Damcı suvarma sistemlərinin gündəlik fəaliyyətinin izlənməsi;
- Su sərfiyyatının optimallaşdırılması;
- Suvarma avadanlıqlarının texniki vəziyyətinə nəzarət;
- Torpaq rütubəti və bitkilərin su tələbatının monitorinqi;
- Suvarma üzrə hesabatların hazırlanması.
Tələblər
- Aqronomiya, Meliorasiya, Su təsərrüfatı və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Suvarma sistemləri ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Təcrübəsi olmayan, lakin ixtisası üzrə inkişaf etmək istəyən namizədlər də müraciət edə bilərlər;
- Damcı suvarma sistemləri haqqında bilik;
- Analitik düşünmə və məsuliyyətlilik;
- Komandada işləmək bacarığı.
U
Uluagro MMC