Ç ÇiniciÇinici

Tanınmış mağazalar şəbəkəsinə mağaza müdiri-(Cinici, Bata, Cargo)

9 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
21 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Monditex Mağazalar Şəbəkəsi (Cinici, Bata, Cargo) komandasına nəticəyönümlü, liderlik bacarıqlarına malik Mağaza Müdiri dəvət edir.

Əgər pərakəndə satış sahəsində idarəetmə təcrübəniz varsa və dinamik komandaya rəhbərlik edərək yüksək nəticələr əldə etməyi hədəfləyirsinizsə, bu vəzifə sizin üçün əla fürsətdir.

Əsas vəzifə öhdəlikləri:

  • Mağazanın gündəlik əməliyyat fəaliyyətinin effektiv idarə olunması;

  • Satış planlarının icrasının təmin edilməsi və KPI göstəricilərinin yerinə yetirilməsi;

  • Satış komandasının seçilməsi, motivasiya olunması, inkişafı və performansının idarə edilməsi;

  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunması;

  • Vizual merchandising standartlarının qorunmasına nəzarət;

  • Stok, inventar və məhsul hərəkətinə nəzarətin həyata keçirilməsi;

  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

  • Şirkət prosedurlarına və daxili qaydalara əməl olunmasının təmin edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;

  • Pərakəndə satış sahəsində minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi;

  • Güclü liderlik, təşkilatçılıq və qərarvermə bacarıqları;

  • Analitik düşüncə və nəticəyönümlü yanaşma;

  • MS Office proqramlarında işləmək bacarığı;

  • Azərbaycan dilini səlis bilmək (rus və ya ingilis dili üstünlükdür).

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

  • Korporativ təlim və peşəkar inkişaf imkanları;

  • Karyera yüksəlişi perspektivi;

  • Dinamik və peşəkar iş mühiti.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanina gondermekleri xaiş olunur

Ç Çinici
Çinici
Emal sənayesi

Sirr deyil ki, geyim insanların daxili hisslərini təzahür etdirir. Siz geyim seçərkən, onu yalnız gündəlik geyim olaraq istifadə etmək deyil, həmçinin özünüzə verdiyiniz qiyməti və sosial statusunuzu…

Oxşar vakansiyalar

Hamısına bax