Veysəloğlu MMCVeysəloğlu MMC

Təchizat Meneceri

1 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
17 iyul 2026

Vəzifə haqqında

Əsas Tələblər:

  • İqtisadiyyat, Biznesin idarəedilməsi, Logistika və ya Maliyyə sahəsi üzrə ali təhsil;

  • Satınalma/Təchizat sahəsində minimum 5 il, rəhbər vəzifədə (Team Lead/Manager) minimum 3 il iş təcrübəsi;

  • Azərbaycan və İngilis dilli (Sərbəst yazılı və şifahi), Rus dili biliyi üstünlükdür;

  • Müqavilə idarəçiliyi, strateji planlaşdırma və güclü danışıqlar aparmaq bacarığı;

  • Məlumatları analiz etmə, problem həll etmə və sürətli qərar vermə qabiliyyəti

  • Yüksək məsuliyyətlilik, operativlik və liderlik xüsusiyyətləri.

Əsas Vəzifə Öhdəlikləri:

  • Şirkətin satınalma siyasətini formalaşdırmaq, təchizat zənciri strategiyasını qurmaq və prosesləri optimallaşdırmaq;

  • Satınalma büdcəsini planlaşdırmaq, xərclərin analizini aparmaq və xərclərə qənaət (cost saving) layihələrini idarə etmək;

  • Yerli və xarici təchizatçı bazasını genişləndirmək, strateji tərəfdaşlıqlar qurmaq və təchizatçı performansını (KPI) qiymətləndirmək;

  • Yüksək büdcəli müqavilələr üzrə kommersiya şərtlərini (qiymət, ödəniş, logistika) müzakirə etmək və ən əlverişli şərtləri təmin etmək;

  • Müqavilələrin hüquqi və maliyyə risklərini minimuma endirmək, icra müddətlərinə nəzarət etmək;

  • Təchizat komandasının fəaliyyətini koordinasiya etmək, əməkdaşların inkişafı və motivasiyasını təmin etmək;

  • Rəhbərliyə bazar trendləri, stok vəziyyəti və satınalma effektivliyi barədə mütəmadi analitik hesabatlar təqdim etmək.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə

  • İş rejimi: 5 gün (həftəiçi)

  • Nahar: Təmin edilir

  • Servis Xidməti Mövcuddur

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat Meneceri” yazmaqla, öz CV-lərin [email protected] elektron poçt ünvanına göndərə bilərlər

Veysəloğlu MMC
Veysəloğlu MMC
Topdansatış və pərakəndə ticarət

“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz…

Oxşar vakansiyalar

Hamısına bax