Təchizat Meneceri
About this role
Əsas Tələblər:
İqtisadiyyat, Biznesin idarəedilməsi, Logistika və ya Maliyyə sahəsi üzrə ali təhsil;
Satınalma/Təchizat sahəsində minimum 5 il, rəhbər vəzifədə (Team Lead/Manager) minimum 3 il iş təcrübəsi;
Azərbaycan və İngilis dilli (Sərbəst yazılı və şifahi), Rus dili biliyi üstünlükdür;
Müqavilə idarəçiliyi, strateji planlaşdırma və güclü danışıqlar aparmaq bacarığı;
Məlumatları analiz etmə, problem həll etmə və sürətli qərar vermə qabiliyyəti
Yüksək məsuliyyətlilik, operativlik və liderlik xüsusiyyətləri.
Əsas Vəzifə Öhdəlikləri:
Şirkətin satınalma siyasətini formalaşdırmaq, təchizat zənciri strategiyasını qurmaq və prosesləri optimallaşdırmaq;
Satınalma büdcəsini planlaşdırmaq, xərclərin analizini aparmaq və xərclərə qənaət (cost saving) layihələrini idarə etmək;
Yerli və xarici təchizatçı bazasını genişləndirmək, strateji tərəfdaşlıqlar qurmaq və təchizatçı performansını (KPI) qiymətləndirmək;
Yüksək büdcəli müqavilələr üzrə kommersiya şərtlərini (qiymət, ödəniş, logistika) müzakirə etmək və ən əlverişli şərtləri təmin etmək;
Müqavilələrin hüquqi və maliyyə risklərini minimuma endirmək, icra müddətlərinə nəzarət etmək;
Təchizat komandasının fəaliyyətini koordinasiya etmək, əməkdaşların inkişafı və motivasiyasını təmin etmək;
Rəhbərliyə bazar trendləri, stok vəziyyəti və satınalma effektivliyi barədə mütəmadi analitik hesabatlar təqdim etmək.
İş şərtləri:
İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Nahar: Təmin edilir
Servis Xidməti Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat Meneceri” yazmaqla, öz CV-lərin [email protected] elektron poçt ünvanına göndərə bilərlər
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz…