QUK
Qarabağ Universitetinin Klinikası
Tədris mühitinin təminatı və əməliyyat dəstəyi üzrə mütəxəssis
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Təhsil
Vəzifə haqqında
Təsvir
- Tədris mühitinin (dərs otaqları, laboratoriyalar və digər tədris sahələri) lazımi avadanlıq və materiallarla təmin olunmasına nəzarət etmək.
- Tədris üçün tələb olunan ləvazimatların və materialların (istehlak malları daxil olmaqla) vaxtında sifarişini və təchizat prosesini təşkil etmək.
- Tədris avadanlıqlarının (proyektor, kompüter, simulyasiya vasitələri və s.) işlək vəziyyətdə olmasına nəzarət etmək və zərurət olduqda texniki xidmət üçün müvafiq şöbələrlə koordinasiya aparmaq.
- Dərslər başlamazdan əvvəl bütün otaqların hazır vəziyyətdə olmasını təmin etmək (avadanlıq, material, texniki uyğunluq).
- Dərs zamanı yaranan operativ texniki və ya logistiki problemlərin yerində həllinə dəstək göstərmək.
- Akademik heyət üçün tədris prosesində operativ dəstək göstərən əsas əlaqə şəxsi kimi çıxış etmək.
- Tədris resurslarının və avadanlıqların inventar uçotunu aparmaq və onların effektiv istifadəsinə nəzarət etmək.
- Tədris prosesində istifadə olunan resursların ehtiyac planlamasını aparmaq və mütəmadi yenilənməsini təmin etmək.
- Tədris tərəfi üzrə məsul şəxsə gündəlik əməliyyat məsələlərində dəstək göstərmək.
- Universitetin sağlamlıq və təhlükəsizlik qaydalarına uyğun olaraq tədris mühitinin təşkilinə nəzarət etmək.
- Tədris sahələrində yaranan nasazlıqlar, çatışmazlıqlar və texniki problemlərlə bağlı müvafiq hesabatların hazırlanmasını və aidiyyəti şöbələrə təqdim olunmasını təmin etmək.
- Tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə digər inzibati və texniki şöbələrlə koordinasiyalı şəkildə işləmək.
Tələblər
- Ali təhsil (idarəetmə, təhsil, logistika və ya əlaqəli sahələr üzrə üstünlükdür).
- Tədris mühiti, ofis idarəçiliyi və ya əməliyyat dəstəyi sahəsində iş təcrübəsi üstünlükdür.
- Satınalma və təchizat prosesləri ilə bağlı əsas biliklər.
- Yüksək təşkilati və planlama bacarıqları.
- Operativ problemləri tez və effektiv həll etmə bacarığı.
- Komanda ilə koordinasiyalı işləmə və kommunikasiya bacarığı.
- Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar səviyyədə ünsiyyət bacarığı.