AzTu-Azərbaycan Texniki Universiteti Tələbələrlə iş üzrə mütəxəssis
Vəzifə haqqında
İş yeri: Azərbaycan Texniki Universiteti
Tələbələrlə iş üzrə mütəxəssis AZSET-də təhsil alacaq tələbələrə yönəlik kommunikasiyanı, yeni qəbul olunan tələbələrinin müqavilə posedurlarının koordinasiyasını və bunlarla bağlı AzTU-da rəsmi qeydiyyat üçün tələb olunan sənəd dövriyyəsini idarə edir.
Əsas vəzifə öhdəlikləri:
Tələbə kommunikasiyası və adaptasiya
AZSET-dəki proqramlara müraciət edən potensial namizəd tələbələr və artıq qeydiyyatdan keçmiş tələbələr üçün e-poçt, telefon və şəxsi müraciətlər üzrə koordinator;
Qəbul statusu, proqram məlumatı, akademik qrafik və qeydiyyat tələbləri ilə bağlı tələbə sorğularını cavablandırmaq;
İlk tələbə qrupu üçün orientasiya tədbirlərini və adaptasiya sessiyalarını planlaşdırmaq və keçirmək;
Tələbələri universitet haqqında, daxili davranış qaydaları, imtahan prosedurları və proqram məzmunu barədə məlumatlandırmaq.
Tələbələrlə müqavilə və aidiyyəti sənədlərin toplanması:
Tələb olunan sənədlər barədə tələbələri məlumatlandırmaq;
Bütün müqavilə və razılıq sənədlərinin tam, dəqiq və düzgün arxivləşdirilməsini təmin etmək;
Hər hansı sənədləşmə problemi barədə müvafiq inzibati strukturlarla əlaqə saxlamaq.
AzTU-da qeydiyyat və rəsmi təqdimat
Semestr başlamazdan əvvəl AzTU-da rəsmi qeydiyyat üçün tələb olunan bütün tələbə sənədlərini toplamaq və təqdim etmək;
Rəsmi qeydiyyat prosedurlarına uyğunluğu təmin etmək məqsədilə AzTU-nun Tədris şöbəsii ilə koordinasiya aparmaq;
AzTU-da daxili qaydada tələb olunan, habelə müvafiq dövlət strukturlarının tələb etdiyi rəsmi tələbə siyahılarını, statistikaları və hesabatları hazırlamaq;
portal.edu.az (http://portal.edu.az/) və digər aidiyyəti dövlət sistemləri vasitəsilə qeydiyyat və köçürmə prosesini dəstəkləmək.
Tələbə qeydləri və status izləmə
Bütün AZSET tələbələri üçün sistemli şəkildə elektron və kağız formatında qeydlər saxlamaq;
Akademik dövr boyunca tələbə statusunu (aktiv, akademik məzuniyyətdə olan, xaric olunmuş) izləmək;
Semestr sonu sənədlərini hazırlamaq, imtahan idarəetmə proseslərini dəstəkləmək.
Tələblər:
Biznesin idarə edilməsi, idarəetmə və ya əlaqəli sahə üzrə magistr dərəcəsi;
Azərbaycan və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
MS Office proqramlarında (xüsusilə qeyd idarəetməsi üçün Excel) yüksək səviyyəli bilik;
İcra zamanı təfərrüatlara yüksək diqqət və inzibati dəqiqlik;
Tələbələrin qəbulu və onların adaptasiyası dövründə işləmə bacarığı;
Tələbəyə yönəlmiş kommunikasiyada peşəkar və empatik yanaşma;
Dövlət universitetində tələbərlə iş təcrübəsi;
Azərbaycanda ali təhsil müəssisələrinin inzibati prosedurları və ali təhsil sahəsində qanunvericiliklə tanışlıq;
portal.edu.az (http://portal.edu.az/) və digər aidiyyəti dövlət sistemləri lə işləmək bacarığı.
Müraciət qaydası
Maraqlanan namizədlər aşağıdakı sənədləri PDF formatında ingilis dilində yuxarıda göstərilmiş müvafiq elektron poçt ünvanına göndərməlidir:
Vəzifəyə uyğunluğunu əsaslandıran motivasiya məktubu
CV
Müraciət üçün əlaqə: [email protected]
