AzTu-Azərbaycan Texniki UniversitetiAzTu-Azərbaycan Texniki Universiteti

Tələbələrlə iş üzrə mütəxəssis

Опубликовано 3 нед. назад Источник: azvak.az ↗
Образование
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
3 iyul 2026

О должности

İş yeri: Azərbaycan Texniki Universiteti

  • Tələbələrlə iş üzrə mütəxəssis AZSET-də təhsil alacaq tələbələrə yönəlik kommunikasiyanı, yeni qəbul olunan tələbələrinin müqavilə posedurlarının koordinasiyasını və bunlarla bağlı AzTU-da rəsmi qeydiyyat üçün tələb olunan sənəd dövriyyəsini idarə edir.

Əsas vəzifə öhdəlikləri:

  • Tələbə kommunikasiyası və adaptasiya

  • AZSET-dəki proqramlara müraciət edən potensial namizəd tələbələr və artıq qeydiyyatdan keçmiş tələbələr üçün e-poçt, telefon və şəxsi müraciətlər üzrə koordinator;

  • Qəbul statusu, proqram məlumatı, akademik qrafik və qeydiyyat tələbləri ilə bağlı tələbə sorğularını cavablandırmaq;

  • İlk tələbə qrupu üçün orientasiya tədbirlərini və adaptasiya sessiyalarını planlaşdırmaq və keçirmək;

  • Tələbələri universitet haqqında, daxili davranış qaydaları, imtahan prosedurları və proqram məzmunu barədə məlumatlandırmaq.

  • Tələbələrlə müqavilə və aidiyyəti sənədlərin toplanması:

  • Tələb olunan sənədlər barədə tələbələri məlumatlandırmaq;

  • Bütün müqavilə və razılıq sənədlərinin tam, dəqiq və düzgün arxivləşdirilməsini təmin etmək;

  • Hər hansı sənədləşmə problemi barədə müvafiq inzibati strukturlarla əlaqə saxlamaq.

  • AzTU-da qeydiyyat və rəsmi təqdimat

  • Semestr başlamazdan əvvəl AzTU-da rəsmi qeydiyyat üçün tələb olunan bütün tələbə sənədlərini toplamaq və təqdim etmək;

  • Rəsmi qeydiyyat prosedurlarına uyğunluğu təmin etmək məqsədilə AzTU-nun Tədris şöbəsii ilə koordinasiya aparmaq;

  • AzTU-da daxili qaydada tələb olunan, habelə müvafiq dövlət strukturlarının tələb etdiyi rəsmi tələbə siyahılarını, statistikaları və hesabatları hazırlamaq;

  • portal.edu.az (http://portal.edu.az/) və digər aidiyyəti dövlət sistemləri vasitəsilə qeydiyyat və köçürmə prosesini dəstəkləmək.

  • Tələbə qeydləri və status izləmə

  • Bütün AZSET tələbələri üçün sistemli şəkildə elektron və kağız formatında qeydlər saxlamaq;

  • Akademik dövr boyunca tələbə statusunu (aktiv, akademik məzuniyyətdə olan, xaric olunmuş) izləmək;

  • Semestr sonu sənədlərini hazırlamaq, imtahan idarəetmə proseslərini dəstəkləmək.

Tələblər:

  • Biznesin idarə edilməsi, idarəetmə və ya əlaqəli sahə üzrə magistr dərəcəsi;

  • Azərbaycan və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

  • MS Office proqramlarında (xüsusilə qeyd idarəetməsi üçün Excel) yüksək səviyyəli bilik;

  • İcra zamanı təfərrüatlara yüksək diqqət və inzibati dəqiqlik;

  • Tələbələrin qəbulu və onların adaptasiyası dövründə işləmə bacarığı;

  • Tələbəyə yönəlmiş kommunikasiyada peşəkar və empatik yanaşma;

  • Dövlət universitetində tələbərlə iş təcrübəsi;

  • Azərbaycanda ali təhsil müəssisələrinin inzibati prosedurları və ali təhsil sahəsində qanunvericiliklə tanışlıq;

  • portal.edu.az (http://portal.edu.az/) və digər aidiyyəti dövlət sistemləri lə işləmək bacarığı.

Müraciət qaydası

Maraqlanan namizədlər aşağıdakı sənədləri PDF formatında ingilis dilində yuxarıda göstərilmiş müvafiq elektron poçt ünvanına göndərməlidir:

Vəzifəyə uyğunluğunu əsaslandıran motivasiya məktubu

CV

Müraciət üçün əlaqə:  [email protected]

AzTu-Azərbaycan Texniki Universiteti
AzTu-Azərbaycan Texniki Universiteti

Похожие вакансии

Смотреть все