Azərbaycan Dəmir Yolları Təlim və inkişaf üzrə mütəxəssis
İş rejimi Tam ştat Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Təlim və İnkişaf Mərkəzinin gündəlik fəaliyyətinin təşkilini və təlim proseslərinin koordinasiyasını həyata keçirmək;
- Şirkətin struktur bölmələrindən fərdi inkişaf planlarını toplamaq, təlim ehtiyaclarını təhlil etmək və icrasını koordinasiya etmək;
- Təlim ehtiyaclarına uyğun vendor şirkətləri araşdırmaq, onlarla əməkdaşlıq əlaqələri qurmaq və görüşləri təşkil etmək;
- Təlimlərin təşkili ilə bağlı müvafiq sənədləri hazırlamaq, təlim prosesinin inzibati işlərini və hesabatlılığını təmin etmək;
- Daxili təlimçilərin seçilməsi, inkişafı və fəaliyyətinin koordinasiyasını həyata keçirmək, daxili təlim proqramlarının hazırlanmasını və mütəmadi yenilənməsini təmin etmək;
- Təlim xidmətləri üzrə müqavilələrin icrasını və ödəniş proseslərini aidiyyəti struktur bölmələri ilə koordinasiya etmək;
- Təlim və inkişaf proqramlarının effektivliyini qiymətləndirmək, iştirakçı rəylərini və nəticələri təhlil edərək təkmilləşdirmə təklifləri hazırlamaq;
- Rəqəmsal öyrənmə platformalarının (LMS və digər öyrənmə alətləri) idarə olunmasını, istifadəçi aktivliyinin monitorinqini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Universitetlər, təhsil müəssisələri və digər tərəfdaş təşkilatlarla əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək;
- Aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Təlim və İnkişaf Mərkəzinin layihələrinin planlaşdırılması, icrası və monitorinqində aktiv iştirak etmək;
- Təlim və inkişaf sahəsində bazar tendensiyalarını, yeni metodologiyaları və innovativ öyrənmə yanaşmalarını izləyərək tətbiqi ilə bağlı təkliflər vermək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Xarici dil (İngilis/Rus dili) bilikləri üstünlükdür;
- Təlim və inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
- Təlimlərin effektivliyinin keyfiyyət və kəmiyyət göstəriciləri əsasında qiymətləndirilməsi bacarığı;
- İnsan resursları idarə edilməsi və təlim/inkişaf modulu haqda nəzəri və praktiki biliklərə sahib olmaq;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və maraqlı tərəflərlə əməkdaşlığın idarə edilməsi bacarıqları.
ADY 

Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…