F FotonFoton

Təmizlik işləri üzrə supervisor (Qəbələ)

13 saat əvvəl yerləşdirilib Mənbə
Təhsil
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Nə təklif edirik?

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Təmizlik cədvəlinin hazırlanması və iş bölgüsünün həyata keçirilməsi;
  • Təmizlik işçilərinin rəhbərliyi, motivasiyası və təlimi. İşçilərin performansını izləmək və qiymətləndirmək;
  • Təmizlik standartlarının qorunması üçün mütəmadi olaraq yoxlamalar aparmaq və nəticələri analiz etmək;
  • Təmizlik məhsulları və avadanlıqlarının monitorinqi, ehtiyacların müəyyənləşdirilməsi və sifarişlərin verilməsi;
  • Təmizlik xidmətləri üçün büdcənin hazırlanması, xərclərin izlənməsi və effektiv idarə olunması;
  • Təmizlik prosedurlarında təhlükəsizlik və sağlamlıq qaydalarının tətbiq olunması;
  • Təmizlik proseslərini optimallaşdırmaq üçün yeni metod və texnologiyaların tətbiqi;
  • İllik və aylıq hesabatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Ali və orta təhsil;
  • Təmizlik sahəsində rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Kimyəvi vasitə və təmizlik avadanlıqlarından düzgün istifadəni qaydalarını  bilmək;
  • Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • İş yeri: Qəbələ şəhəri;
  • İşçi telefon danışığı ilə təmin edilir.

CV-lərinizi  “Təmizlik işləri üzrə supervisor” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
F Foton
Foton
Emal sənayesi

Foton MMC – Dəyər üzərində qurulmuş xidmət mədəniyyəti Foton MMC, yüksək səviyyəli bina idarəetməsi və istismarı xidmətlərini təmin edən ixtisaslaşmış şirkətdir. Şirkətimizin əsas vəzifəsi – mükəmməl…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et