Təsərrüfat Departamentinə Kuryer
Vəzifə haqqında
Təsvir
Onlayn qaydada sifariş edilmiş pərakəndə bank məhsullarının çatdırılması məqsədilə müştəri ilə əlaqə saxlayır, çatdırılma vaxtını və ünvanı təyin edir;
Müştəriyə çatdırılma məqsədilə müvafiq sənədləri pərakəndə bankçılıq üzrə əməkdaşdan, sifariş edilən kartları isə kassadan təhvil alır;
Sifarişləri müştəriyə vaxtında və qeyd edilən ünvana çatdırır, sənədləri imzalatdırır, eyniləşdirmə məqsədilə müştərinin şəxsiyyət vəsiqəsi ilə birlikdə şəkilini çəkir;
İmzalanan sənədləri banka geri təhvil verir, çəkilən şəkilləri isə Pərakəndə Satışlar departamentinin Onlayn satış kanalları ilə iş şöbəsinin əməkdaşlarına göndərir.
Tələblər
Bakı şəhəri ərazisini yaxşı tanımalı;
Azərbaycan dili əla;
Yüksək səviyyədə ünsiyyət qabiliyyəti olmalı;
Cəld, dəqiq və məsuliyyətli olmalı.
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Bank Respublika öz fəaliyyətini 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından…