Massi Texniki İşlər üzrə mütəxəssis
13 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Satış
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.
- Şirkətin balansında olan nəqliyyat vasitələrini idarə etmək.
- Servisdə olan avtomobillərin vəziyyətindən xəbərdar olmaq.
- Texniki işlərlə bağlı zənglərin cavablandırılması və icra edilməsi.
- Avtonəqliyyat vasitələrinə mütəmadi texniki baxışlar keçirmək, müştərilərə təhvil verilməli olan avtomobillərin texniki hazırlığını təmin etmək.
- Tələb olunan namizəd gülərüz və kollektivə tez uyğunlaşan, intizamlı, məsuliyyətli qabiliyyətlərə malik olmalı, avtomobilləri təmir üçün servislərə aparmalı və təmir prossesinə nəzarət etməlidir.
Namizədlərə tələblər:
- Müvafiq sahədə iş təcrübəsi 6 ay və ya 1 il.
- Sürücülük vəsiqəsi.
- Səlis danışıq qabiliyyəti.
- Stresə davamlı.
- Yaş həddi: 20-35.
- Yol hərəkəti qaydalarını yaxşı bilmək.
İş şəraiti:
- Stabil iş
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı – 900 Azn
- Korporativ nömrə ilə təmin ediləcək
- İş rejimi: 6 gün 09:30-dan 19:00-dək
- İş yeri: Bakı Sabunçu r-nu, Oskar Əfəndiyev küç 110, Ariana Business Park.
Xahiş olunur namizədlər CV-sini “Texniki işlər üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
M 

Massi
Maliyyə və sığorta fəaliyyəti
Massi MMC şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət Azərbaycanda dünyanın nəhəng avtomobil markalarından olan Toyota, Chevrolet, Volkswagen, Ford və Hyundai avtomobillərinin lizinq yolu…