F
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Nə təklif edirik?
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Texnologiya və aşağı gərginlik sistemləri üzrə strategiyanın hazırlanması və icrasına rəhbərlik etmək;
- Layihələrin planlaşdırılması, büdcələndirilməsi və icrasına nəzarət etmək;
- CCTV, Access Control, Yanğın Aşkarlama və Siqnalizasiya, BMS, Data və Telekommunikasiya sistemlərinin idarə olunmasını təmin etmək;
- Podratçı və təchizatçı şirkətlərlə əməkdaşlığı koordinasiya etmək;
- Komandanın fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və nəticələri qiymətləndirmək;
- Sistemlərin istismarı, texniki xidməti və təkmilləşdirilməsi proseslərinə rəhbərlik etmək;
- Risklərin qiymətləndirilməsi və idarə olunmasını təmin etmək;
- Büdcə və satınalma proseslərində iştirak etmək, texniki tələbləri formalaşdırmaq;
- Layihələr üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Tələblər:
- Elektrik mühəndisliyi, avtomatlaşdırma, telekommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 7-10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il təcrübə;
- Aşağı gərginlik və texnologiya sistemləri üzrə dərin texniki biliklər;
- Layihələrin idarə edilməsi üzrə təcrübə;
- Texniki sənədləri, layihələri və sxemləri oxuma bacarığı;
- Büdcə planlaşdırılması və vendor idarəetməsi üzrə təcrübə;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Güclü liderlik, ünsiyyət və qərarvermə bacarıqları;
- Azərbaycan dili sərbəst, ingilis dili biliyi üstünlükdür
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhəri (Ezamiyyətlərə hazır olmaq)
CV-lərinizi “Texnologiya və aşağı gərginlik üzrə menecer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.