ST Sahil Transport MMCSahil Transport MMC

TİR sürücüsü (xanım)

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Logistika
Aylıq maaş
₼2,000 – 2,500
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Sahil Transport MMC-dan vakansiya: TİR sürücüsü tələb olunur

Vəzifə öhdəlikləri:
– Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
– Sifarişlərin təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək
– İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək.

Tələb olunan bilik və bacarıqlar:
– Təhsil: Orta
– İş təcrübəsi: 1 ilə kimi
– E kateqoriya mütləqdir
– Cins: Xanım namizədlər
– Yaş həddi: 20-55 arasında namizədlər

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İşçi ay ərzində müəyyən olunmuş reyslərin qrafikinə əsasən işləyir.
– İşçi xüsusi mühafizə vasitələri ilə təmin edilir: xüsusi geyim, xüsusi ayaqqabı, qoruyucu eynək, dəbilqə.
– İşçi icbari sosial və tibbi sığorta növləri ilə təmin edilir.
– İş yeri: Bakı şəhəri, Qaradağ rayonu

Əmək haqqı:
– Başlanğıc aylıq əmək haqqı 2000-2500 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “TİR sürücüsü” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil



ST Sahil Transport MMC
Sahil Transport MMC
Nəqliyyat və anbar təsərrüfatı

Sahil Transport MMC olaraq həm ölkədaxili həm də beynəlxalq yükdaşıma üzrə fəaliyyət göstərir.

Oxşar vakansiyalar

Hamısına bax