Qarabağ UniversitetiQarabağ Universiteti

“Turizm” istiqaməti üzrə müəllim

Qarabag 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Bakalavr səviyyəsində turizm ilə bağlı fənlərin tədrisi;
  • Fənn sillabuslarının, tədris materiallarının və imtahan suallarının hazırlanması;
  • Tələbələrin tədris tapşırıqlarına, layihələrinə və imtahanlarına nəzarət;
  • Müvafiq fənlər üzrə moderasiya prosesində iştirak;
  • Fakültə səviyyəsində iclaslarda, proqramların inkişafında və keyfiyyət təminatı fəaliyyətlərində iştirak;
  • Elmi-tədqiqat fəaliyyəti, nəşrlər və akademik konfranslarda iştirak;
  • Peşəkar əməkdaşlıq təşəbbüslərinə dəstək.

Xüsusi tələblər

  • Turizm və ya əlaqəli sahə üzrə minimun magistr dərəcəsi (Fəlsəfə doktoru elmi dərəcəsi arzuolandır);
  • İngilis dilində tədris bacarığı (minimum B2 səviyyəsi);
  • Turizm üzrə güclü peşəkar bilik və tədris təcrübəsi;
  • Yüksək təşkilatçılıq, ünsiyyət və komanda işi bacarıqları;
  • Beynəlxalq təhsil və ya peşəkar təcrübə üstünlükdür;
  • Elmi-tədqiqat potensialı və tədqiqat aparmaq bacarığı üstünlükdür.


Tələb olunan sənədlər

  • CV;
  • Ali təhsil diplomlarının və transkriptlərin surətləri;
  • Motivasiya məktubu (maksimum 500 söz);
  • Elmi nəşrlərin siyahısı (mövcuddursa).

Əlavə qeydlər

  • Elektron məktubun mövzu hissəsində “Turizm” istiqaməti qeyd edilməlidir.
  • Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
  • Tam ştat əməkdaşlar üçün Xankəndi şəhərində yaşayış yeri təmin ediləcəkdir.

E-poçt: [email protected]  

Müraciət etmək üçün: [email protected]
Qarabağ Universiteti
Qarabağ Universiteti

Oxşar vakansiyalar

Hamısına bax