Turizm mütəxəssisi
Vəzifə haqqında
Vakansiya: Turizm mütəxəssisi
Şirkət haqqında
Şirkətimiz turizm sahəsini 0-dan qurmaq və bu istiqamətdə peşəkar fəaliyyətə başlamaq üçün təcrübəli və nəticəyönümlü əməkdaş axtarır. Hazırda ofis və inzibati dəstək mövcuddur. Məqsədimiz turizm fəaliyyətini sıfırdan sistemli şəkildə qurmaq, satış kanallarını formalaşdırmaq, partnyor şəbəkəsini yaratmaq və istiqaməti gəlir gətirən tam işlək biznesə çevirməkdir.
Biz nə təklif edirik:
- Hazır ofis şəraiti və inzibati dəstək
- Turizm istiqamətini 0-dan qurmaq və idarə etmək imkanı
- Gələcəkdə şöbə rəhbəri / istiqamət rəhbəri kimi inkişaf perspektivi
- Fix əməkhaqqı + yüksək bonus sistemi
- Uzunmüddətli və ciddi əməkdaşlıq imkanı
Qeyd: Bu vakansiya standart tur meneceri vəzifəsi üçün deyil. Bizə turizm sahəsini sıfırdan bilən, sistemi oturda, satışları təşkil edə və bu istiqaməti müstəqil şəkildə idarə edə biləcək peşəkar namizəd lazımdır.
Öhdəliklər
Turizm istiqamətinin şirkət daxilində 0-dan qurulması və tam idarə olunması
Daxili və xarici tur paketlərinin hazırlanması, satışa çıxarılması və idarə olunması
Aviabiletlər, hotellər, transfer, sığorta, viza və digər turizm xidmətlərinin təşkili
Xarici və yerli partnyorlar, hotellər, tur operatorlar və agentliklərlə əməkdaşlıqların qurulması
Müştəri bazasının formalaşdırılması, korporativ və fərdi satışların təşkili
Sosial media və reklam istiqamətində turizm məhsullarının satış strategiyasının hazırlanması
Satış prosesinin qurulması, gələn sorğuların idarə olunması və bağlanması
Turizm sahəsi üzrə lazımi sənədləşmə, müqavilə, rezervasiya və əməliyyat proseslərinin idarə olunması
Şirkətin turizm brendinin, xidmət paketlərinin və iş modelinin formalaşdırılması
Gələcəkdə komanda qurulması üçün strukturun və iş axınının hazırlanması
Rəhbərliyə aylıq plan, hesabat, satış nəticələri və inkişaf təkliflərinin təqdim edilməsi
Tələblər
Turizm sahəsində real iş təcrübəsi və sahəni A-dan Z-yə bilməsi
Turizm biznesinin qurulması, satış, rezervasiya və əməliyyat prosesləri üzrə praktiki bilik
Daxili və xarici turların hazırlanması və satışı sahəsində təcrübə
Hotel, aviabilet, transfer, viza, sığorta və tur paketləri üzrə işləmə bacarığı
Turizm platformaları, rezervasiya sistemləri və partnyorlarla işləmə təcrübəsi
Güclü satış, müştəri ilə ünsiyyət və danışıq aparmaq bacarığı
Məsuliyyətli, təşəbbüskar, nəticəyönümlü və sistem qura bilən olmaq
Şirkət daxilində turizm istiqamətini müstəqil şəkildə idarə edə bilmək
Azərbaycan dili sərbəst, rus və ya ingilis dili bilməsi üstünlükdür