V Veysəloğlu-RossmannVeysəloğlu-Rossmann

Xarici logistika üzrə aparıcı mütəxəssis

18 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
22 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Xarici təchizatçılardan malların idxalı prosesini (Import) əvvəldən sona qədər idarə edilməsi, yüklərin növünə uyğun olaraq optimal nəqliyyat növünü (quru, hava, dəniz) seçmək.
  • Yerli və xarici logistika şirkətləri, ekspeditorlar və brokerlərlə əlaqələrin qurulması, qiymət təkliflərinin alınması, təhlil edilməsi və ən sərfəli variantın seçilməsi üzrə danışıqları aparmaq.
  • İdxal prosesi üçün tələb olunan sənədlərin (Invoice, Packing List, CMR, Certificate of Origin və s.) düzgünlüyünü yoxlamaq və vaxtında aidiyyəti qurumlara/brokerə təqdim etmək
  • Yüklərin hərəkət qrafikini gündəlik izləmək, gecikmə riskləri yarandıqda proaktiv həll yolları tapmaq və bu barədə şöbə rəhbərliyini məlumatlandırmaq;
  • Daşıma xərclərini optimallaşdırmaq və büdcəyə uyğunluğunu təmin etmək, fakturaları yoxlamaq və maliyyə şöbəsinə təhvil vermək;
  • Tədarük Zənciri Şöbə Müdirinə həftəlik və aylıq status hesabatlarını təqdim etmək;
  • Yüklərin sığortalanması prosesinin təşkili və daşınma zamanı yaranan xəsarət/itki hallarında sığorta şirkətləri ilə iddia (claim) prosesini aparmaq

Namizədə tələblər: 

  • Ali təhsil (Logistika, Tədarük Zənciri, Beynəlxalq Münasibətlər və ya İqtisadiyyat sahəsində)
  • Beynəlxalq daşımalar və ya logistika sahəsində minimum 1-3 il iş təcrübəsi (Retail/Pərakəndə satış sektorunda təcrübə üstünlükdür)
  • Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
  • MS Office proqramları (xüsusilə Excel – Pivot table, Vlookup), ERP sistemləri ilə işləmək bacarığı
  • Incoterms 2020 qaydalarını və gömrük qanunvericiliyinin əsaslarını bilmək
  • Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xarici logistika üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan ünvanına göndərə bilərlər

V Veysəloğlu-Rossmann
Veysəloğlu-Rossmann

Oxşar vakansiyalar

Hamısına bax