BM Bakı MetropoliteniBakı Metropoliteni

Yol montyoru

21 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
9 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Yol xidmətinə Yol montyoru axtarırıq!

Vəzifə funksiyası

  • Namizəd metropoliten yollarının, rels təsərrüfatının və yol qurğularının təhlükəsiz, fasiləsiz və etibarlı istismarının təmin edilməsi məqsədilə təmir və texniki xidmət işlərinin yerinə yetirəcək.

Sizi hansı öhdəliklər gözləyir?

  • Metropoliten yollarında təmir və texniki xidmət işlərinin yerinə yetirilməsi;
  • Relslərin, şpalların, yol dəyişdirici qurğuların və digər yol elementlərinin təmiri və saz vəziyyətdə saxlanılması;
  • Təmas relsinin, yolun plan və profilinin normativ tələblərə uyğunlaşdırılması işlərində iştirak etmək;
  • Təmir işləri zamanı materialların yüklənməsi, boşaldılması və iş sahəsinə daşınmasını təmin etmək;
  • İşə başlamazdan əvvəl istifadə olunacaq alət və avadanlıqların texniki vəziyyətini yoxlamaq;
  • Tunel və yerüstü sahələrdə təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • İş sahəsinin təhlükəsiz şəkildə çəpərlənməsini təmin etmək və iş başa çatdıqdan sonra iş yerini təhlükəsiz vəziyyətə gətirmək;
  • Aşkar edilmiş nasazlıqlar və təhlükəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifəyə aid digər tapşırıqları yerinə yetirmək. 

Namizədlərdən tələblərimiz

  • Yaşı 22-35 arası olan gənclər
  • Təhsili nəqliyyat mühəndisliyi və dəmiryolu təsərrüfatı üzrə olan məzunlar
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı;
  • Gecə növbəsində işləməyə hazır olmaq;
  • Operativ və çevik olmaq.

İş rejimi: 

  • 5 günlük iş həftəsi, 23:30-dan 05:30-dək (gecə növbəsi)

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Metropolitan Apartments  və digər əməkdaşlıq etdiyimiz sanatoriyalarda istirahət (güzəştli) imkanı;
  • Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güəştli xidmət imkanları;
  • Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5496 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

BM Bakı Metropoliteni
Bakı Metropoliteni

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et