A Azman HoldingAzman Holding

Baş mühasib

Posted 18 h ago Source
Finance
Monthly salary
₼1,500+
Application deadline
22 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
  • Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;
  • Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
  • ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək; 
  • Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
  • Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
  • Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;

Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;

  • Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
  • Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
  • Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.

Tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • PMS (Professional Mühasib Sertifikatı) sertifikatının olması mütləqdir
  • Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
  • Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
  • 1C və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
  • Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
  • Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.

İş barədə məlumatlar: 

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatı: 09:00-18:00-dək; 
  • İş yeri: Bayraq Meydanı ilə üzbə-üz;
  • Nahar şirkət tərəfindən verilir; 
  • Əmək haqqı: 1500-2000 AZN  

Maraqlananlar CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər. 

A Azman Holding
Azman Holding

Similar jobs

See all