Baş mühasib
Опубликовано 18 ч. назад Источник ↗
Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
- Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;
- Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;
- Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
- Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
- Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;
- Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
- Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- PMS (Professional Mühasib Sertifikatı) sertifikatının olması mütləqdir
- Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
- Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
- 1C və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
- Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
- Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
İş barədə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatı: 09:00-18:00-dək;
- İş yeri: Bayraq Meydanı ilə üzbə-üz;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1500-2000 AZN
Maraqlananlar CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.
A 
Azman Holding