Baş mütəxəssis (Layihənin xərcləri, riskləri və hesabatları üzrə)
Work mode Full-time Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Layihə büdcəsini hazırlamaq, izlənməsini və faktiki xərclərlə müqayisəsini aparmaq, zəruri maliyyə arayışlarını və məlumatları hazırlayaraq layihə menecerinə və / və ya Cəmiyyətin rəhbərliyinə təqdim etmək;
- Layihənin xərcləri üzrə tələb olunan iqtisadi araşdırmalar və təhlillər aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək;
- Cəmiyyətin aidiyyəti layihələrinin maliyyə məsələləri koordinasiyasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
- Layihə üzrə büdcə nəzarəti və xərclərin idarə olunmasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
- Layihə üzrə maliyyə risklərin, sapmalarının və onların layihəyə təsirinin müəyyənləşdirilməsində, onların aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etmək;
- Podratçı fakturalarını nəzərdən keçirmək, öhdəlikləri izləmək və xərclərin müqavilə şərtlərinə uyğunluğunu təmin etmək;
- Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrlə bağlı maliyyə və idarəetmə hesabatlarının hazırlanmasında və təhlilində iştirak etmək;
- Risk nəzarəti mexanizmlərinin tətbiqində və layihə üzrə risklərin mütəmadi monitorinqində iştirak etmək;
- Aidiyyəti layihələrin risk reyestrinin hazırlanmasında iştirak etmək;
- Layihələrin icrası üçün fəaliyyət planları və iş qrafiklərinin tərtibində iştirak etmək;
- Yeni investisiya layihələri üzrə aparılacaq müvafiq maliyyə və iqtisadi təhlillərdə iştirak etmək;
- İdarəetmə üçün analitik hesabatların və proqnozların hazırlanmasında iştirak etmək;
- Müvafiq daxili siyasət və beynəlxalq standartlara uyğunluğun təmin edilməsində aidiyyəti üzrə iştirak etmək.
Xüsusi tələblər
- Azərbaycan dili (mükəmməl), İngilis (əla) və Rus dilləri (yaxşı);
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik;
- Büdcələmə, proqnozlaşdırma, xərc bölgüsü və maliyyə hesabatlılığı üzrə dərin bilik və bacarığı;
- Xərclərin layihədən necə keçdiyini anlamaq (commitments, accruals, actuals) bacarığı;
- Risklərin idarə edilməsi bacarığı;
- Güclü analitik və hesablama bacarığı;
- Proqnozlaşdırma və irəliyə doğru düşünmə bacarıqları;
- Müqavilə və satınalma üzrə bilikləri;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
A 
AzerGold