A AzerGoldAzerGold

Baş mütəxəssis (Layihənin xərcləri, riskləri və hesabatları üzrə)

Bakı Опубликовано 3 ч. назад Источник
Полная занятость Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • Layihə büdcəsini hazırlamaq, izlənməsini və faktiki xərclərlə müqayisəsini aparmaq, zəruri maliyyə arayışlarını və məlumatları hazırlayaraq layihə menecerinə və / və ya Cəmiyyətin rəhbərliyinə təqdim etmək;
  • Layihənin xərcləri üzrə tələb olunan iqtisadi araşdırmalar və təhlillər aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək;
  • Cəmiyyətin aidiyyəti layihələrinin maliyyə məsələləri koordinasiyasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
  • Layihə üzrə büdcə nəzarəti və xərclərin idarə olunmasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
  • Layihə üzrə maliyyə risklərin, sapmalarının və onların layihəyə təsirinin müəyyənləşdirilməsində, onların aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etmək;
  • Podratçı fakturalarını nəzərdən keçirmək, öhdəlikləri izləmək və xərclərin müqavilə şərtlərinə uyğunluğunu təmin etmək;
  • Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrlə bağlı maliyyə və idarəetmə hesabatlarının hazırlanmasında və təhlilində iştirak etmək;
  • Risk nəzarəti mexanizmlərinin tətbiqində və layihə üzrə risklərin mütəmadi monitorinqində iştirak etmək;
  • Aidiyyəti layihələrin risk reyestrinin hazırlanmasında iştirak etmək;
  • Layihələrin icrası üçün fəaliyyət planları və iş qrafiklərinin tərtibində iştirak etmək;
  • Yeni investisiya layihələri üzrə aparılacaq müvafiq maliyyə və iqtisadi təhlillərdə iştirak etmək;
  • İdarəetmə üçün analitik hesabatların və proqnozların hazırlanmasında iştirak etmək;
  • Müvafiq daxili siyasət və beynəlxalq standartlara uyğunluğun təmin edilməsində aidiyyəti üzrə iştirak etmək.

Xüsusi tələblər

  • Azərbaycan dili (mükəmməl), İngilis (əla) və Rus dilləri (yaxşı);
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik;
  • Büdcələmə, proqnozlaşdırma, xərc bölgüsü və maliyyə hesabatlılığı üzrə dərin bilik və bacarığı;
  • Xərclərin layihədən necə keçdiyini anlamaq (commitments, accruals, actuals) bacarığı;
  • Risklərin idarə edilməsi bacarığı;
  • Güclü analitik və hesablama bacarığı;
  • Proqnozlaşdırma və irəliyə doğru düşünmə bacarıqları;
  • Müqavilə və satınalma üzrə bilikləri;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;

Müraciət üçün (CV): https://careers.azergold.az/vakansiya/bas-mutexessis-layihenin-xercleri-riskleri-ve-hesabatlari-uzre-strateji-planlasdirma-ve-layihelerin-idareolunmasi-sobesi

Похожие вакансии

Смотреть все
Откликнуться