Az-Tex-İmport MMC Debitor borclarla iş üzrə operator
Posted 1 d ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063;
- İş qrafiki: 6 günlük iş həftəsi; (6-cı gün qısa iş günü)
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Şirkətin debitor borclarına (müştərilərin şirkətə olan borclarına) gündəlik nəzarət etmək;
- Gecikməsi olan müştəri şirkətlərlə (partnyorlarla) telefon və elektron poçt vasitəsilə mütəmadi əlaqə saxlamaq;
- Ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməsi üçün nəzakətli, lakin tələbkar formada danışıqlar aparmaq;
- Müştərilərə borc qalıqları, üzləşmə aktları və ödəniş tarixləri barədə məlumat vermək;
- Həyata keçirilən zənglər, verilən vədlər və gözlənilən ödənişlərlə bağlı rəhbərliyə gündəlik/həftəlik hesabatlar təqdim etmək;
- Ödənişlərin sistemə (1C) işlənməsini izləmək üçün mühasibatlıq şöbəsi ilə koordinasiyalı şəkildə çalışmaq.
Namizədə dair tələblər:
- Xanım namizədlər;
- İş təcrübəsi: Müvafiq sahədə (Debitor borclarla iş, müştəri xidmətləri, zəng mərkəzi və ya satış) ən azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilində səlis, aydın və qüsursuz danışıq bacarığı (Əlavə dil bilməsi üstünlükdür)
- Kompüter bilikləri: MS Office (xüsusilə Excel) proqramlarında işləmək bacarığı;
- Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və inandırma qabiliyyəti, səbirli, nəzakətli, lakin qətiyyətli olmaq, stresə davamlılıq.
Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Debitor borclar üzrə mütəxəssis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
A 

Az-Tex-İmport MMC