A Az-Tex-İmport MMCAz-Tex-İmport MMC

Debitor borclarla iş üzrə operator

Опубликовано 1 дн. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
13 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063;
  • İş qrafiki: 6 günlük iş həftəsi; (6-cı gün qısa iş günü)
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.

Vəzifə öhdəlikləri:

  • Şirkətin debitor borclarına (müştərilərin şirkətə olan borclarına) gündəlik nəzarət etmək;
  • Gecikməsi olan müştəri şirkətlərlə (partnyorlarla) telefon və elektron poçt vasitəsilə mütəmadi əlaqə saxlamaq;
  • Ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməsi üçün nəzakətli, lakin tələbkar formada danışıqlar aparmaq;
  • Müştərilərə borc qalıqları, üzləşmə aktları və ödəniş tarixləri barədə məlumat vermək;
  • Həyata keçirilən zənglər, verilən vədlər və gözlənilən ödənişlərlə bağlı rəhbərliyə gündəlik/həftəlik hesabatlar təqdim etmək;
  • Ödənişlərin sistemə (1C) işlənməsini izləmək üçün mühasibatlıq şöbəsi ilə koordinasiyalı şəkildə çalışmaq.

Namizədə dair tələblər:

  • Xanım namizədlər;
  • İş təcrübəsi: Müvafiq sahədə (Debitor borclarla iş, müştəri xidmətləri, zəng mərkəzi və ya satış) ən azı 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilində səlis, aydın və qüsursuz danışıq bacarığı (Əlavə dil bilməsi üstünlükdür)
  • Kompüter bilikləri: MS Office (xüsusilə Excel) proqramlarında işləmək bacarığı;
  • Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və inandırma qabiliyyəti, səbirli, nəzakətli, lakin qətiyyətli olmaq, stresə davamlılıq.

Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Debitor borclar üzrə mütəxəssis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

Похожие вакансии

Смотреть все