Front-End Proqlaşdırma üzrə Kiçik Mütəxəssis
Work mode Full-time Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Rəqəmsal məhsulların yaradılması üzrə front-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq.
- Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər və back end proqramçılar ilə çalışmaq, hər iki tərəfin işində aktiv iştirak etmək və proqramın necə işlədiyi və görsəndiyini müəyyən etmək
- UX/UI tələblərinə uyğun olaraq istifadəyə rahat, böyüyə bilən, səhvə davamlı proqramlar yaratmaq
- Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək
- Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək
Tələblər
- Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 1 il təcrübə
- Xarici dillər: İngilis dili (yaxşı)
- Komputer bilikləri: HTML, CSS, Javascript üzrə biliklər, React yaxud digər müvafiq front-end library / framework biliyi, Typescript üzrə yaxşı biliyin olması. WEB dizayn, prinsip və standartları haqqında anlayış. Verilənlərin strukturu və alqoritm biliyi.
- Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT
- Başqa tələblər: Yaxşı ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: Dizayn yönümlü kodlaşdırma, CI/CD üzrə biliklər, proqram təhlükəsizliyi, cüt proqramlaşdırma, testlər üzrə bilik.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
PB 
PASHA Bank
Maliyyə və sığorta fəaliyyəti
2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə…