Kontent yaradıcısı
Work mode Full-time Category Marketing
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Şirkətin sosial media strategiyasına uyğun olaraq TikTok və digər qısa video platformaları üçün kreativ video kontentlərin hazırlanmasını və icrasını təmin etmək;
- Kontent planına uyğun ideyaların, ssenarilərin və çəkiliş konseptlərinin hazırlanmasında iştirak etmək;
- Mobiloqrafiya prinsiplərinə uyğun olaraq mobil cihaz və ya digər çəkiliş avadanlıqları ilə yüksək keyfiyyətli video çəkilişlərini həyata keçirmək;
- Çəkilmiş materialların peşəkar montajını, rəng korreksiyasını, səs tənzimlənməsini, subtitrlərin və qrafik elementlərin əlavə edilməsini təmin etmək;
- TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq və paylaşmaq;
- Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək;
- Marketinq komandası ilə əməkdaşlıq çərçivəsində kampaniya, məhsul təqdimatı, mağaza açılışları və korporativ layihələr üzrə video məzmunlar hazırlamaq;
- Hazırlanan kontentin şirkətin brend standartlarına və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;
- Sosial media hesablarında paylaşım prosesini idarə etmək, paylaşım təqviminə uyğun kontentlərin vaxtında yayımlanmasını təmin etmək;
- Kontentin effektivliyini əsas performans göstəriciləri (baxış sayı, izlənmə müddəti, əhatə dairəsi, qarşılıqlı əlaqə və s.) əsasında təhlil etmək və optimallaşdırma üzrə təkliflər vermək.
Xüsusi tələblər
- Vacib şərt: Müraciət zamanı namizədin portfolio, showreel və ya idarə etdiyi sosial media hesablarını təqdim etməsi mütləqdir.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Kontent yaradıcısı” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək üçün: [email protected]
BS 
Bravo Supermarket