Unibank ASC Mərkəzləşmiş satış üzrə Mütəxəssis
Category Sales
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
Təsvir
Müştəri xidmətləri və kredit əməliyyatları komandamıza peşəkar, məsuliyyətli və müştəriyönümlü namizədləri dəvət edirik. Bu vəzifədə siz müştərilərin kredit məhsulları və xidmətləri üzrə müraciətlərinin qəbulu, təhlili və emalında, onların maliyyə potensialının qiymətləndirilməsində, kredit rəsmiləşdirilməsi prosesinin dəstəklənməsində, həmçinin müştərilərə keyfiyyətli məsləhət xidmətinin göstərilməsində və əlavə bank məhsullarının təqdim edilməsində aktiv rol alacaqsınız.
Vəzifə öhdəlikləri
- Filialdan daxil olan müraciətlərə əsasən, kredit məhsulları/xidmətləri üzrə müştəri ərizələrinə baxış keçirmək.
- Müvafiq müraciət kanalları (Bankın mobil əlavələri, Bankın saytı, sosial şəbəkələr və digər saytlar, mobil tətbiqlər, SMS və Call Center) vasitəsi ilə daxil olan müştəri müraciətlərini qəbul etmək və ilkin təhlilini aparmaq;
- Kredit müraciətlərini online vasitələrlə etmiş müştərilərə kredit məhsulları/xidmətləri üzrə məsləhətlər vermək;
- Müştəri məlumatlarını (şəxsiyyət vəsiqəsinin şəkli, öncədən götürülmüş kreditlər haqqında xülasə və s.) əldə etmək, müştəri potensialını qiymətləndirmək;
- Təsdiq olunmuş səlahiyyətlər çərçivəsində müraciətlərə dair uyğun sənədləri hazırlamaq, filial üzrə məsul əməkdaşa təqdim etmək, rəsmiləşdirilməsini təmin etmək;
- Potensial müştərilərə çarpaz satışlar etmək;
- Müştərilərə cari məsələlərlə bağlı məsləhətlər vermək;
Tələblər
- Müvafiq sahə üzrə bakalavr Ali təhsil;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- MS Office proqramları (Word, Excel, Outlook) üzrə yaxşı istifadəçi səviyyəsində biliklər;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Müvafiq sahə üzrə minimum 3 ay iş təcrübəsi;
- Rus dili biliyi üstünlük hesab olunur;
Biz nə təklif edirik?
- Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;
- Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;
- Güclü komanda ruhu və müasir korporativ iş mühiti.
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…