İnversal Plitonit Məhsulları üzrə Satış Meneceri (Aktiv Satış / Sahə üzrə)
Posted 19 h ago Source ↗
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
"İnversal" MMC tikinti materiallarının satışı və podrat layihələri sahəsində fəaliyyət göstərən peşəkar komandamıza qoşulacaq, sahədə aktiv işləməyi bacaran, Plitonit brendinin məhsulları üzrə nəticəyönümlü Satış Meneceri axtarır.
Vəzifə Öhdəlikləri:
- PLITONIT məhsul kateqoriyalarının (quru tikinti qarışıqları, plitə yapışdırıcıları, su izolyasiyası, dərz dolğuları və s.) aktiv satışının həyata keçirilməsi;
- Sahə üzrə (Marşrut/Aktiv rout əsasında): Tikinti obyektlərini, layihələri, podratçı şirkətləri, usta briqadalarını, pərakəndə mağazaları və satış nöqtələrini mütəmadi ziyaret edərək yeni müştərilərin cəlb olunması;
- Mövcud müştəri bazası ilə əlaqələrin möhkəmləndirilməsi və satış dövriyyəsinin artırılması;
- Müştərilərin texniki ehtiyaclarına uyğun doğru kateqoriyadakı məhsulun təklif edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilələrin bağlanması;
- Satış planının və müəyyən olunmuş göstəricilərin yerinə yetirilməsi;
- Satışdan sonrakı debitor borclarına və ödəniş qrafiklərinə nəzarət edilməsi;
- Görülmüş işlər və satış nəticələri üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
Namizədə Dair Tələblər:
- Tikinti materiallarının aktiv satışı və sahə işi (Rout/Aktiv marşrut) üzrə praktiki təcrübə;
- Dil Bilikləri: Rus dilİ səlis ünsiyyət bacarığı (Mütləqdir təlimlərə görə);
- Müştəri Portfeli: Tikinti layihələri, podratçılar, usta briqadaları və ya mağazalar üzrə hazır/aktiv müştəri portfelinin olması böyük üstünlükdür;
- Ali təhsil tələb olunmur — bizim üçün əsas göstərici namizədin satış bacarığı, sahədə aktivliyi, ünsiyyət yetənəyi və nəticə verməsidir;
- Səliqəli xarici görünüş, məsuliyyət, punktuallıq və dürüstlük;
- Şəxsi avtomobilin olması və aktiv sürücülük təcrübəsi üstünlükdür.
Spesifik kateqoriya təcrübəsi (Üstünlükdür): Aşağıdakı məhsul kateqoriyaları üzrə satışı ilə daha öncə məşğul olmuş namizədlərə mütləq üstünlük veriləcəkdir:
- Kafel, metlax və keramoqranit yapışdırıcıları;
- Su izolyasiya (hidroizolyasiya) materialları və sistemləri;
- Dərz dolğuları (fuka/zatirka) və astarlar (qruntlar);
- Özüyayılan döşəmə şapları və təmir/bərpa qarışıqları.
İş Şəraiti və Təminat:
- İş rejimi: Tam iş günü (Aktiv sahə görüşləri + ofis hesabatlılığı);
- İş yeri / Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 1C (*"İstikbal Mebel Outlet Bakıxanov"*un yanı); Nəqliyyat rahatlığı: "Koroğlu" metro stansiyasından cəmi 1.2 km məsafədə yerləşir.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
- Əməkhaqqı: Müsahibə əsasında (Namizədin təcrübəsinə və müştəri portfelinə uyğun olaraq razılaşma yolu ilə);
- Bonus Sistemi: Satış planının icrasından və toplanan debitor borcdan asılı olaraq yüksək faiz/bonus imkanı;
- Təlimlər: PLİTONİT məhsul kateqoriyalarının texniki xüsusiyyətləri üzrə şirkət tərəfindən xüsusi təlimlərin keçirilməsi;
- Şəxsi avtomobildən istifadə edildikdə nəqliyyat/yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Plitonit üzrə Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər..
Qeyd: Vakansiya təcilidir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar
İ 

İnversal