İ İnversalİnversal

Plitonit Məhsulları üzrə Satış Meneceri (Aktiv Satış / Sahə üzrə)

Опубликовано 19 ч. назад Источник
Клиентский сервис
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
21 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

"İnversal" MMC tikinti materiallarının satışı və podrat layihələri sahəsində fəaliyyət göstərən peşəkar komandamıza qoşulacaq, sahədə aktiv işləməyi bacaran, Plitonit brendinin məhsulları üzrə nəticəyönümlü Satış Meneceri axtarır.

Vəzifə Öhdəlikləri:

  • PLITONIT məhsul kateqoriyalarının (quru tikinti qarışıqları, plitə yapışdırıcıları, su izolyasiyası, dərz dolğuları və s.) aktiv satışının həyata keçirilməsi;
  • Sahə üzrə (Marşrut/Aktiv rout əsasında): Tikinti obyektlərini, layihələri, podratçı şirkətləri, usta briqadalarını, pərakəndə mağazaları və satış nöqtələrini mütəmadi ziyaret edərək yeni müştərilərin cəlb olunması;
  • Mövcud müştəri bazası ilə əlaqələrin möhkəmləndirilməsi və satış dövriyyəsinin artırılması;
  • Müştərilərin texniki ehtiyaclarına uyğun doğru kateqoriyadakı məhsulun təklif edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilələrin bağlanması;
  • Satış planının və müəyyən olunmuş göstəricilərin yerinə yetirilməsi;
  • Satışdan sonrakı debitor borclarına və ödəniş qrafiklərinə nəzarət edilməsi;
  • Görülmüş işlər və satış nəticələri üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.

Namizədə Dair Tələblər:

  • Tikinti materiallarının aktiv satışı və sahə işi (Rout/Aktiv marşrut) üzrə praktiki təcrübə;
  • Dil Bilikləri: Rus dilİ səlis ünsiyyət bacarığı (Mütləqdir təlimlərə görə);
  • Müştəri Portfeli: Tikinti layihələri, podratçılar, usta briqadaları və ya mağazalar üzrə hazır/aktiv müştəri portfelinin olması böyük üstünlükdür;
  • Ali təhsil tələb olunmur — bizim üçün əsas göstərici namizədin satış bacarığı, sahədə aktivliyi, ünsiyyət yetənəyi və nəticə verməsidir;
  • Səliqəli xarici görünüş, məsuliyyət, punktuallıq və dürüstlük;
  • Şəxsi avtomobilin olması və aktiv sürücülük təcrübəsi üstünlükdür.

Spesifik kateqoriya təcrübəsi (Üstünlükdür): Aşağıdakı məhsul kateqoriyaları üzrə satışı ilə daha öncə məşğul olmuş namizədlərə mütləq üstünlük veriləcəkdir:

  • Kafel, metlax və keramoqranit yapışdırıcıları;
  • Su izolyasiya (hidroizolyasiya) materialları və sistemləri;
  • Dərz dolğuları (fuka/zatirka) və astarlar (qruntlar);
  • Özüyayılan döşəmə şapları və təmir/bərpa qarışıqları.

İş Şəraiti və Təminat:

  • İş rejimi: Tam iş günü (Aktiv sahə görüşləri + ofis hesabatlılığı);
  • İş yeri / Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 1C (*"İstikbal Mebel Outlet Bakıxanov"*un yanı); Nəqliyyat rahatlığı: "Koroğlu" metro stansiyasından cəmi 1.2 km məsafədə yerləşir.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
  • Əməkhaqqı: Müsahibə əsasında (Namizədin təcrübəsinə və müştəri portfelinə uyğun olaraq razılaşma yolu ilə);
  • Bonus Sistemi: Satış planının icrasından və toplanan debitor borcdan asılı olaraq yüksək faiz/bonus imkanı;
  • Təlimlər: PLİTONİT məhsul kateqoriyalarının texniki xüsusiyyətləri üzrə şirkət tərəfindən xüsusi təlimlərin keçirilməsi;
  • Şəxsi avtomobildən istifadə edildikdə nəqliyyat/yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Plitonit üzrə Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər..

Qeyd: Vakansiya təcilidir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar

Похожие вакансии

Смотреть все
Откликнуться