Halal-P Technologies and Solutions Satış meneceri
About this role
İşin təsviri:
Həftəlik, aylıq və illik satış planlarını tərtib etmək və şöbə rəhbəri ilə razılaşdırmaq
Satış planlarını rəhbərliklə müzakirə, təsdiq, statistikalara nəzarət etmək.
Satış menecerlərinin peşəkarlıq səviyyəsinin artması üçün mütəmadi tədbirlər görmək, Kadrlar şöbəsilə birlikdə daxili təlimlər təşkil etmək
VİP müştərilərlə əlaqələrə nəzarət etmək
VİP müştərilərə nəvaziş ziyarətləri həyata keçirmək
Müştərilərə kompleks xidmət göstərə bilmək üçün ehtiyacları aşkar etmək
Müştəri bazası üzrə requlyar zənglər etmək, məktublar göndərmək
Strateji satış sayıla biləcək (100.000 AZN və daha artıq) potensial satışlara dair layihə qrupunun yaradılmasına dair rəhbərinə müraciət etmək, layihə komandasının işində aktiv iştirak etmək
Strateji layihələr üzrə “Müştərinin Siyasi Xəritəsi”ni hazırlamaq
Potensial “soyuq” müştərilərlə vaxtaşırı işlər aparmaq və onları isti əlaqələrə çevirmək
Müştərilərlə danışıqlar aparmaq, onlara təqdimatlar etmək, onların etirazlarını yoluna qoymaq
Layihələrə uyğun olaraq avadanlıq və məhsullar seçmək
Təminat şöbəsi ilə birlikdə xarici təchizatçılarla danışıqlar aparmaq
Texniki məsələlər, eləcə də müqavilə şərtlərini müştərilərlə razılaşdırmaq
Müştərilərlə müqavilələrin imzalanmasını, hesabların təqdim olunmasını və avans ödənişinin alınmasını koordinasiya etmək
Tələblər:
Korporativ satış sahəsində 3 ildən artıq təcrübə
Elektronika satış bazarından məlumatlı
İşgüzar görüşlər və xarici səfərlərə açıq olması
Analitiki düşünmə
Dillər
Komunukabeli
Ünsiyyətcil
CV şəkilli olmalı
Yaş 25-40
Bacarıqların:
Azərbaycan dili biliyi
İngilis və rus dillərini bilən (bəy) namizədlərə üstünlük verilir
Microsoft Office bilikləri
Komandada işləmək qabiliyyəti
Müştərilərin qorunub saxlanılması;
Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
Çətin vəziyyətlərin həlli (nadir hallarda olur).
Dəyərlərimiz:
İnkişaf və davamlı öyrənmək istəyi
Qayğı göstərmək və kömək etmək istəyi
Dürüstlük və ədalətli mübadilə
Bizimlə iş şən və perspektivlidir!
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
