Satış üzrə köməkçi
Experience Under 1 year Category Sales
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş qrafiki: Həftədə 5 gün, saat 09:00-dan 18:00-dək
İstirahət günləri: Şənbə və bazar
Əmək haqqı: 400–600 AZN + satış nəticələrinə uyğun bonuslar
İş yeri: Bakı şəhəri, 28 May
Rəsmi qeydiyyat: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
Əmək haqqının dəqiq məbləği namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sales Assistant” qeyd etməklə [email protected] emailinə və ya +994 50 408 77 87 nömrəsinin whatsapp tətbiqinə göndərə bilərlər.
Öhdəliklər
- Müştərilərdən daxil olan zəng və sorğuların cavablandırılması;
- Müştərilərə şirkətin məhsul və xidmətləri haqqında məlumat verilməsi;
- İT avadanlıqları, ofis texnikası və sərfiyyat materiallarının satışının həyata keçirilməsi;
- Müştəri sorğularına uyğun qiymət təkliflərinin hazırlanması və göndərilməsi;
- Məhsulların qiyməti, texniki xüsusiyyətləri və anbar qalığı barədə məlumatların toplanması;
- Satış mütəxəssisinə gündəlik iş prosesində dəstək göstərilməsi;
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması;
- Yeni potensial müştərilərin araşdırılması;
- Müştəri və satış məlumatlarının CRM sisteminə düzgün daxil edilməsi;
- Satış sənədlərinin və sifarişlərin hazırlanmasında iştirak edilməsi;
- Rəhbərlik tərəfindən verilən işgüzar tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Azərbaycan dilini səlis bilməli;
- Rus dili arzuolunandır;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Elektron poçt və onlayn kommunikasiya vasitələrindən istifadə bacarığı;
- Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;
- Satış sahəsində işləməyə və öyrənməyə həvəsli olmaq;
- Məsuliyyətli, diqqətli, operativ və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- İT və ofis avadanlıqları barədə ilkin biliklərin olması üstünlükdür;
N 
NewTech